Şrift:
Qazaxıstanın beş şəhərində karantin rejimi sərtləşdirilir
28.07.2021 [10:08] - Gündəm, Sağlıq
Qazaxıstanın beş şəhərində avqustun 2-dən etibarən karantin rejimi sərtləşdiriləcək.

Bu, Qazaxıstan Baş nazirinin müavini Yeraly Tuqjanovun sədrliyi ilə keçirilən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə İdarələrarası Komissiyanın iclasında qərara alınıb.

Komissiya, ölkədə koronavirus infeksiyasına yoluxmanın gündəlik 65 faizini və ölüm hallarının 55 faizini təşkil edən Nur-Sultan, Almatı, Çimkənt, Karaqanda və Atırau şəhərlərində karantin tədbirlərinin gücləndirilməsinə qərar verib. Qərara əsasən adıçəkilən şəhərlərdə avqustun 2-dən etibarən idman, ailəvi anım və digər kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.

Bundan başqa dövlət qurumları, ofislər, milli şirkətlər və digər təşkilat işçilərinin 80 faizinin distant çalışması (son üç ayda koronavirus infeksiyasından sağalan və peyvənd olunanlar istisna olmaqla) qərara alınıb.

Qeyd edək ki, ölkədə COVID-19-a yoluxanların sayı artmaqda davam edir. Ötən gün koronavirus infeksiyasına yoluxanların sayı 6797 nəfər olub.
Bu xəbər oxucular tərəfindən 1065 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed