Şrift:
Son sutkada dünyada 10 minə yaxın insan koronavirusdan həyatını itirib
28.07.2021 [10:11] - Xəbərlər, Sağlıq
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 578 mindən çox artıb.

Pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 578 min 408 nəfər yeni koronavirusa yoluxub, 9 min 475 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 195 milyon 942 min 357, ölənlər isə 4 milyon 192 min 372 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (35,3 milyon), Hindistan (31,4 milyon), Braziliya (19,7 milyon), Rusiya (6,1 milyon), Fransa (6 milyon), Böyük Britaniya (5,7 milyon) və Türkiyədə (5,6 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bu xəbər oxucular tərəfindən 1114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed