Şrift:
Mustafa Şəntop: Ermənistan törətdiyi təxribatların nəticələrini nəzərə almalıdır
28.07.2021 [10:35] - Xəbərlər, Hərb
Ermənistanın təcavüzkar siyasəti yeni deyil. Biz bu siyasəti həmişə müşahidə etmişik. Son günlər Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar da bunun bariz nümunəsidir.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop iyulun 28-də keçirdiyi mətbuat konfransında deyib. "Bu kimi davranışlar davam etdiyi müddətdə bölgədə sülhün bərqərar olması mümkün deyil. Buna görə də Ermənistan öz hərəkətlərini yenidən nəzərdən keçirməli və törətdiyi təxribatların nəticələrini nəzərə almalıdır", - deyə TBMM-in sədri qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed