29.07.2021 [10:56] - Xəbərlər, İdman
Son sutkada Tokio Olimpiadası ilə əlaqəli daha 24 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.
Bu barədə hesabat “Tokio-2020”nin təşkilat komitəsinin saytında yerləşdirilib.
Bildirilir ki, həmin şəxslərdən üçü Atletlər kəndində yaşayan idmançılardır. Beləliklə Olimpiya Oyunları ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxanların ümumi sayı 198 nəfərə çatıb.
Kyodo agentliyini məlumatına görə, koronavirusa yoluxan iki əcnəbi yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, vəziyyətləri ağır olan həmin şəxslər idmançı deyillər.
Əlavə olaraq qeyd edək ki, son sutka ərzində Yaponiyada koronavirusa yoluxanların sayı 9500 nəfəri ötüb. Olimpiya Oyunlarının davam etdiyi paytaxt Tokioda yoluxanların sayı isə 3 min 177 nəfərə çatıb. Bu pandemiya başlayandan bəri rekord göstərici hesab olunur.
Yaponiya hökuməti iyulun 12-dən paytaxt prefekturasında fövqəladə vəziyyət rejimi elan etsə də virusun yayılmasının qarşısını ala bilmir. Onun avqustun 22-dək davam edəcəyi nəzərdə tutulur.

Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |