Şrift:
İdarələrarası Mərkəzin işçi qrup heyətinin işğaldan azad olunan ərazilərə səfəri başlayıb
30.07.2021 [11:35] - Xəbərlər, Sosial
İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupları işğaldan azad edilmiş ərazilərə səfərinin əsas məqsədi ərazidə aparılan işlərlə tanışlıqdır.

İşçi qrupun səfəri zamanı öncə Füzuli rayonunda yerinə yetirilən işlərə baxış keçirilməsi nəzərdə tutulub. Füzuli rayonunda iki işçi qrupu - Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Şəhər Şəhərsalma məsələləri üzrə nümayəndələr iştirak edir. Səfər proqramına uyğun olaraq hava limanına baxış keçiriləcək, həmçinin şəhərin ərazi planlaşdırmasına dair sənədin hazırlanması təqdimatı nəzərdə tutulub. Daha sonra Füzuli-Hadrut yolunda minatəmizləmə işləri ilə tanışlıq və Zəfər Yolunun tikintisinə baxış keçiriləcək.

Füzulidən sonra Şuşa şəhərinə səfər zamanı 2 işçi qrup - Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Şəhərsalma məsələləri üzrə işçi qruplarının üzvləri tərəfindən Şuşa şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı məlumat verilməsi, Şuşa şəhərində Suşa Radio-Televiziya Yayım Stansiyasına, Şuşa Rabitə Qovşağının binasına, eləcə də şəhərdə mövcud olan telekommunikasiya infrastrukturuna, Şuşa Avtovağzalının binasına və mövcud yol infrastrukturuna baxış keçiriləcək.

Səfərin növbəti ünvanı Xocavəndin Hadrut qəsəbəsi olacaq. Xocavənd rayonunun Hadrut qəsəbəsində 3 işçi qrupun (Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri üzrə, Elm, təhsil və mədəniyyət məsələləri üzrə nümayəndələri) iştirakı nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 610 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed