Şrift:
ASAN könüllüləri çimərliklərdə vətəndaşların xidmətində
02.08.2021 [11:48] - Gündəm, Sosial
Çimərliklərin monitorinqi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi arasında koordinasiyalı fəaliyyət davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Buzovna, Sahil, Şıxov, Pirşağı, Goradil, Novxanı ictimai çimərliklərində ASAN könüllüləri fəaliyyət göstərirlər.

Həmin çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədilə ASAN könüllüləri prosesə cəlb ediliblər.

Eyni zamanda, könüllülər tərəfindən vətəndaşlar arasında əyləncəli, hədiyyəli oyunlar və müsabiqələr təşkil olunur.
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed