02.08.2021 [11:58] - Gündəm, Sağlıq
Hamam həmişə rahatlıq, təmizlik, sağlamlıq və istirahət məkanı sayılıb. Hamam sözünün mənası isitmək, isti etmək deməkdir. Antik dövrlərdən məlum olub ki, isti suda yaxalanmaq yorğunluğu çıxarmaqla yanaşı, bir çox xəstəliklərin də qarşısını alır, əhval-ruhiyyəni qaldırır. Lakin tez-tez duş qəbul etmək əhvala yaxşı təsir etsə də, diqqət yetirilməli bir çox məqamlar var.
Mərkəzi Gömrük Hospitalının həkim-dermatoveneroloqu Sevinc Kərimova deyib: “Bəzən yuyucu vasitələrin düzgün seçilməməsi, yaxud tərləmə ilə əlaqədar olaraq gün ərzində iki-üç dəfə isti duş qəbul edilməsi dərinin qurumağına səbəb olur. Dərinin normal ph, yəni turşu-qələvi balansı var, təmizlik xatirinə dərinin tez-tez yuyulması onun turşu-qələvi balansının pozulmasına səbəb olur. Həmin balansın pozulması isə dəriyə müxtəlif infeksiyaların daxil olmasına səbəb olur”.
Bədəndən ifraz olunan tər və duzlar dərini qıcıqlandırır və bir çox dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Ona görə də yuyunarkən bədənə uyğun duş gelləri və sabunlardan istifadə etmək tövsiyə olunur. “Yuyunmaq üçün suyun temperaturu bədənə uyğun – haradasa 32-36 dərəcə seçilməlidir. 40 dərəcə istilikdə olan su ilə baş dərisini yumaq olar, amma bədən üçün həmin temperatur isti sayılır. Həddən artıq isti su ilə çimmək, dərini çox sabunlamaq dərinin piy qatını aparır və dəri tam quru qaldığından elastikliyini itirir. Elastiklik itəndə isə dəridə quruluq, qabıqlanmaq və xırda mikroçatlar inkişaf edir”.
Həkim-dermatoveneroloq bildirib ki, qış aylarında həftədə iki, yay aylarında isə bədənin tərləməsinə görə hər gün duş qəbul etmək olar. Yuyunarkən kisədən istifadə etmək də dəri üçün çox faydalıdır: “Normal duş qəbul edəndə dəri yumşalır, kisədən istifadə etməklə ölmüş epidermis dəridən xaric olur və dərinin nəfəs alması üçün rahatlıq yaranır, dəri yenilənir, yumşalır, elastikləşir və təravətlənir. Həmçinin kisə özü də masaj rolu oynayır. Lakin kisənin hər gün deyil, təxminən bir həftə, on gündən bir istifadə edilməsi məsləhətdir”.
Çox vaxt bədənin daha yaxşı yumşalması üçün saunaya üz tuturlar. Lakin belə isti prosedurlardan istifadə edərkən mütləq diqqətli olmaq lazımdır: “Hipertoniya və xroniki xəstələri olanların həkim tövsiyəsi olmadan həmin məkanlara üz tutmamalıdırlar, çünki isti havada bütün damarlar genişlənir və bundan sonra bayırda soyuq havaya çıxmağın da öz fəsadları ola bilər: təzyiq yüksələ, beyin qansızmaları və müxtəlif ürək xəstəlikləri baş verə bilər”.
Duş qəbul etmək yorğunluğu çıxarmaq, depressiyadan uzaqlaşmaq və pozitivliyə yüklənməyin ən ideal yollarından biridir.

Bu xəbər oxucular tərəfindən 937 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |