Şrift:
Qadın futbolçulardan ibarət Kanada və İsveç yığmaları Tokio Olimpiadasının finalına yüksəliblər
03.08.2021 [09:45] - Gündəm, İdman
Qadın futbolçulardan ibarət Kanada və İsveç yığmaları Tokio Olimpiadasının finalına yüksəliblər.

Yarımfinalda Kanada millisi ABŞ-ı, İsveç yığması isə Avstraliyanı 1:0 hesabı ilə məğlub edib.

Üçüncü yer uğrunda - ABŞ və Avstraliya yığmaları arasında oyun avqustun 5-də təşkil olunacaq. Final matçı isə bir gün sonra baş tutacaq.

Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.
Bu xəbər oxucular tərəfindən 932 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed