03.08.2021 [09:47] - Gündəm, Mədəniyyət
Avqustun 2-də müəllimlərin işə qəbulu üzrə növbəti test imtahanı keçirilib.
Təhsil Nazirliyindən bildirilib ki, imtahanların 19-cu günündə tarix fənni üzrə müəllim olmaq istəyən namizədlər iştirak ediblər.
İmtahanlara 3 min 236 namizəd dəvət olunub. Tarix fənni üzrə imtahanda ən yüksək balı -60 Aytən Cəyiyeva toplayıb.
2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinə iyulun 5-də start verilib. Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir.
Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.

Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |