03.08.2021 [09:53] - Xəbərlər, İdman
Yaponiya “encount.press” saytı Azərbaycan karateçisi İrina Zaretskayanın Atletlər kəndi haqda yutub kanalındakı paylaşımını yayıb.
Yaponiyada da yaxşı tanınan Azərbaycan idmançısının Atletlər kəndində keçirdiyi ikinci gün barədə paylaşımı yaponların da diqqətini cəlb edib. Tokioda keçirdiyi ikinci gün barədə məlumat verən İrina səhər tezdən məşqlərə başladığını, çox böyük ərazini əhatə edən Atletlər kəndində açıq havada gəzintidən sonra Yaponiya paytaxtının məşhur “Budokan” idman sarayında digər azərbaycanlı karateçilərlə məşq etməsi barədə məlumat verib. Həmyerlimiz burada Yaponiyada “Brilyant oğlan” adı ilə məşhur olan Rəfail Ağayevin də məşq etdiyi vurğulanır.
Paylaşımın ikinci hissəsi məşqdən və istirahətdən sonra idmançımızın gecə saatlarında Atletlər kəndindəki yeməkxanaya səfərindən bəhs edir. İrina burada olimpiyaçılara göstərilən yüksək mədəni xidmətdən, yeməklərin keyfiyyətindən, zalın təmizliyindən və səliqə-sahmandan böyük məmnuniyyətlə danışır. Bildirir ki, hər addımda qonaqları gülərüz qarşılayan personal çox gec olmasına baxmayaraq, onlara yüksək mədəni xidmət göstərir. Yeməklərin çeşidinə, Avropa mətbəxi ilə yanaşı, halal məhsullara və yapon mətbəxinə də yer verildiyi qeyd edilir. Qonaqlara müxtəlif delikateslərin təklif olunduğunu qeyd edən İrina özünü rejimi pozmaqdan zorla saxladığını da bildirib. Yemək tullantılarının çeşidlənərək atılmasına xüsusi diqqət yetirən həmyerlimiz burada kağız, yemək qırıntıları, plastik qablar və digər tullantılar üçün xüsusi qutukarın qoyulmasından ətraflı bəhs edib.
Atletlər kəndindəki çarpayıların geniş müzakirəyə səbəb olmasından danışan idmançımız onların quraşdırılması ilə bağlı ona hərtərəfli təlimatın verilməsindən, bu izahdan sonra yatağın heç bir çətinlik çəkmədən toplanmasının mümkünlüyündən də danışıb. İlk gecəni çox rahat yatdığını, yaxşı dincəldikdən sonra yarışda müsbət nəticə göstərəcəyinə əmin olduğunu bildirən İrina ertəsi günün bütün idmançılarımız üçün uğurlu olmasını arzulayaraq izləyiciləri ilə sağollaşıb.

Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |