Şrift:
Kartof istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
04.08.2021 [11:39] - Gündəm, Sosial
Qida Təhlükəsizliyi Agentliyi kartof istehsalçıları və ixracatçıları ilə görüş keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, videokonfrans formatında keçirilən görüşdə Rusiya Federasiyası tərəfindən meyvə-tərəvəz məhsullarının idxalına qoyulan tələblər, həmçinin müvafiq göstəricilərə uyğun olmayan meyvə-tərəvəz məhsullarının bu ölkəyə ixracının mümkün olmayacağı iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin bildirilib ki, sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydalara uyğun pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verilir. Eyni zamanda təsərrüfatlarda istifadə olunan toxum və tinglər müayinələrə cəlb olunmalı və dövri olaraq dezinfeksiya tədbirləri həyata keçirilməlidir.

Tədbirdə Azərbaycandan Rusiyaya ixrac olunan kartof məhsulunun ixracı zamanı iki halda kartofun qonur çürüməsi zərərli orqanizminin aşkarlanması ilə əlaqədar daxil olan bildirişlər və həmin halların araşdırılması sahəsində görülən tədbirlər barədə iştirakçılara geniş məlumat verilib. Eyni zamanda kartof məhsulları becərilən təsərrüfatlarda ölkəmizin və Rusiya Federasiyasının idxal tələbləri barədə məlumatlar sahibkarların diqqətinə çatdırılıb. Bitki mənşəli məhsulların ixracı ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri, ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi və beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin icrası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib və təsərrüfat sahiblərinin məsələyə daha diqqətlə yanaşmaları vurğulanıb.

Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 456 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed