04.08.2021 [11:52] - Gündəm, Mədəniyyət
Böyük adron kollayderində işləyən fiziklər Hiqqs bozonu və altkvarkların parçalanmasını müşahidə edərkən ifrat ağır bozonun mövcudluğunun potensial izini aşkar ediblər. Tədqiqatın nəticələri CERN saytında dərc edilib.
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatçıların bildirdiyinə görə, bir çox nəzəriyyələr Hiqqs bozonu cütlüyünə parçalana bilən ifrat ağır zərrəciklərin mövcudluğunu irəli sürür. Bu, həm Hiqqs bozonunun ağır analoqları, həm də digər bozonlar ola bilər. Lakin indiyədək onların mövcudluğuna dair hər hansı sübut tapılmayıb.
Böyük adron kollayderinin ATLAS və CMS detektorlarında işləyən iki tədqiqatçı qrupu eyni vaxtda aşkar edib ki, bir teraelektronvolt kütləsində ifrat ağır bozon həmin zərrəcik ola bilər. Alimlər kollayderin son iş dövrəsinin (2015-2018-ci illər) məlumatlarının təkrar analizi zamanı onun mümkün izini aşkar ediblər. Bu məlumatlarda fiziklər neyroşəbəkə alqoritmlərinin köməyilə tərkibi Hiqqs bozonları, tau-lepton və altvarkdan ibarət parçalanma zəncirini axtarıblar.
Standart modelin – elmə məlum olan bütün elementar zərrəciklərin qarşılıqlı təsirlərinin böyük hissəsini təsvir edən nəzəriyyənin bəzi modifikasiyalarına görə, bu prosesdə Hiqqs bozonlarının ifrat ağır analoqlarının izi və alimlərin müasir təsəvvürünə daxil olmayan fundamental qarşılıqlı təsirlərin digər daşıyıcılarının izi gizlənə bilər. Məlum olub ki, Hiqqs bozonlarının iştirak etdiyi parçalanma Standart modeldə göstərildiyindən beş dəfə çox olub.
Alimlər hesab edirlər ki, bu, kəşf edilmiş Hiqqs bozonundan təqribən səkkiz dəfə ağır olan ifrat ağır zərrəciklərin parçalanması ilə bağlı olub.
Bəzi fiziklər güman edirlər ki, mövcudluğu supersimmetriya nəzəriyyəsi ilə proqnozlaşdırılan daha bir Hiqqs bozon növü bu kütləyə malik ola bilər. Hələ ki alimlər onun mövcudluğu haqqında yalnız əlamətlərdən danışa bilirlər, çünki onun ölçülməsinin statistik rəqəmi üç siqmadır (min cəhdə bir təsadüfi səhv).
Bu məlumata tamamilə əmin olmaq üçün beş siqma statistik etibarlılığa (3,5 milyon cəhdə bir səhv) nail olmaq lazımdır. Fiziklər ümid edirlər ki, kollayder gələn il işinə başladıqdan sonra bu məlumatı toplamaq mümkün olacaq.

Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |