12.12.2012 [09:48] - Mədəniyyət
Dahi Azərbaycan şairi Məhsəti Gəncəvinin anadan olmasının 900 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Milli Kitabxana ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan ədəbiyyatı tarixində Məhsəti Gəncəvini Şərqin ilk bəstəkarı adlandırıb: “Məhsəti Gəncəvini Azərbaycanın ilk Şərq bəstəkarı adlandırmaq olar. Onun rübailəri daha çox məşhurdur”.
Sonra Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev, EA-nın müxbir üzvü, professor Teymur Kərimli, xalq şairi Fikrət Qoca, yazıçı Rəşad Məcid və başqaları çıxışlarında M.Gəncəvi yaradıcılığından bəhs edib. Sonda Akademik Milli Dram Teatrının aktyorlarının ifasında şairin şeirləri səslənib və mahnıları ifa olunub.

Bu xəbər oxucular tərəfindən 1544 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |