Şrift:
Gürcüstan Prezidenti ölkə əhalisini koronavirus əleyhinə peyvənd olunmağa çağırıb
04.08.2021 [12:08] - Xəbərlər, Sosial
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar vətəndaşlara müraciət edib, onları peyvənd olunmağa çağırıb.

Dövlət başçısı Orbeliani sarayında keçirdiyi brifinqdə qeyd edib ki, bu gün Gürcüstan kəskin problemlərlə üz-üzədir. Onun sözlərinə görə, tarixdə dəfələrlə olduğu kimi bu gün də Gürcüstan yol ayrıcındadır. Ölkə kəskin problemlərlə üz-üzədir və virusun yayılması ilə bağlı rəqəmlər həyəcan doğurur. Peyvənd əleyhdarları, münasibətlərinin şəxsi seçim və ya azadlıq ifadəsi olmadığını anlamalıdırlar.

“Əsil vətənpərvərlik lovğalanmaq, zorakılıq və əzələlərin nümayişi deyil. Bu gün vətənpərvərlik və cəsarət peyvənd olunmaq, ictimai özünüdərk və məsuliyyət daşımaqdır”, - deyə S.Zurabişvili vurğulayıb.

Qeyd edək ki, ötən sutka ərzində Gürcüstanda daha 4233 nəfərdə koronavirus təsdiqlənib, 38 xəstə isə vəfat edib.

Bununla da, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 432 min 903-ə, sağalanlar 390 min 827-yə, pandemiya qurbanlarının sayı isə 5948-ə çatıb.
Bu xəbər oxucular tərəfindən 476 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed