04.08.2021 [13:51] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycanda Milli Məclisə 1-ci (1995-ci ildə) və 2-ci çağırışda (2000-ci ildə) keçirilən seçkilər qarışıq sistem üzrə keçirilib.
Belə ki, 125 deputatdan 100-ü majoritar, 25-i isə proporsional nümayəndəlik sistemi üzrə seçilib. 2002-ci ildə keçirilən ümumxalq referendumu ilə Azərbaycanda proporsional seçki sistemi ləğv edilib. Son günlər bir sıra KİV-lərdə və sosial şəbəkədə referendum keçiriləcəyi, VI çağırış Milli Məclisin buraxılaraq yenidən seçkilərə gediləcəyi ilə bağlı fikirlər tirajlanır. İddialara görə, referenduma getməkdə məqsəd proporsional seçki sisteminin tətbiqidir. Parlamentin yenidən formalaşdırılması ilə bağlı səslənən iddialar da yeni seçkilərin məhz proporsional seçki sistemi ilə keçiriləcəyi ilə bağlıdır. Bu iddialara münasibət bildirən ekspertlər, parlament üzvləri isə hazırkı dönəm üçün seçkiyə getməyi uğurlu variant hesab etmirlər.
Cebhe.info bəzi partiya rəhbərlərinin iddialara münasibətini öyrənib.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyevin sözlərinə görə, bununla bağlı rəsmi məlumat yoxdur:
“Belə bir məlumat olsaydı, müəyyən tədbirlər də görülərdi. Referendum keçiriləcəksə, bununla bağlı hazırıqlar görülməli idi. Düşünürəm ki, hazırda parlamentdə boş qalan yerlərlə bağlı seçkilər keçirilə bilər. İndi müxtəlif söhbətlər getsə də ,rəsmi bir məlumat yoxdur. Indiki durumda parlamentə ümumi qiymət verilməli, sonra deputatlar ayrı-ayrılıqda qiymətləndirilməlidir. Elə deputatlar var ki, bu müddət ərzində heç bir təşəbbüs irəli sürməyib, heç bir çıxışla yadda qalmır. Parlamentlə bağlı narazılıqlar hər zaman olub və bundan sonra da olacaq. Təbii ki, gözləntilər çoxdur, parlament görünən yerdir. İndi bütün bunları nəzərə alıb parlamentin buraxılıb-buraxılmayacağını demək doğru deyil”.

Əbülfət Baxşəli/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 712 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |