Şrift:
Azərbaycanlı alim növbəti dəfə beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıb
05.08.2021 [11:11] - Xəbərlər, Mədəniyyət
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Quliyev növbəti dəfə Rusiya Federasiyasında keçirilən “Monetnoye Sozvezdiye-2021” (Sikkələr bürcü-2021) xatirə sikkələrinin XV beynəlxalq müsabiqəsinin münsiflər heyətində yer alıb.

Bu barədə institutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, müsabiqəyə dünyanın 20-dən artıq dövlətinin milli bankları, zərbxanaları və sikkə distribüter şirkətlərinin 2020-ci il yanvarın 1-dən 31-dək buraxılan sikkələri təqdim edilib.

Müsabiqədə dünyanın müxtəlif ölkələrinin nüfuzlu numizmat alimləri, bankların, qiymətli kağız evlərinin və zərbxanalarının rəhbərləri, kolleksiyaçılar iştirak edəcək. Bu il müsabiqədə 9 nominasiya üzrə 27 sikkə qalib elan olunacaq.

Azərbaycanlı alim yeddinci ildir ki, bu nüfuzlu müsabiqəyə münsif dəvət edilir.
Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed