Şrift:
Hakan Bozkurt: Azərbaycanlı qardaşlarımızın yanımızda olması yerli əhalinin yanğınla mübarizədə nikbinliyini artırır
05.08.2021 [11:38] - Gündəm, Sosial
Türkiyədəki yanğınlar böyük fəlakətdir. Muğla vilayətinin Kavacık rayonu ərazisindəki meşə yanğınları şiddətlənib. Böyük ərazi və bir neçə kənd təhlükə ilə üz-üzədir. Ərazidə təxliyə işləri apardıq. Burada Azərbaycan yanğınsöndürənlərini və media təmsilçilərini görməkdən çox məmnun olduq. Azərbaycanlı qardaşlarımızın burada olması yerli əhalinin fəlakətə qarşı mübarizədə nikbinliyini daha da artırır.

Bu fikirləri açıqlamasında Humanitar Yadım Vəqfinin axtarış-xilasetmə qrupunun rəhbəri Hakan Bozkurt ifadə edib.

Ərazidə görülən tədbirlərdən danışan Hakan Bozkurt deyib: “Alovun və tüstünün insanlara, eləcə də canlı aləmə fərqli təsiri var. Əminik ki, bu böhranın qarşısını tezliklə ala biləcəyik. Azərbaycanlı yanğınsöndürənlərin fədakarlığı xalqımıza və dövlətimizə böyük köməkdir”.
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed