10.08.2021 [14:36] - Gündəm, Hərb
ABŞ-ın müdafiə naziri Lloyd Ostin COVID-19 əleyhinə vaksinin sentyabrın ortalarınadək ölkənin bütün hərbi qulluqçularına məcburi tətbiq olunması üçün icazə istəyəcək.
Pentaqon başçısı bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin bütün əməkdaşlarına ünvanlandığı notada yazıb.
“İstərdim xəbəriniz olsun ki, mən sentyabrın ortalarından gec olmayaraq, yaxud ABŞ-ın Ərzaq məhsullarına və dərmanlara nəzarət üzrə mərkəzin (FDA) lisenziyası dərhal alındıqdan sonra peyvəndlənmənin məcburi olmasını dəstəkləməyi Prezidentdən xahiş edəcəyəm”, - deyə Ostin xidməti notada yazıb. O qeyd edib ki, “Pfizer-BioNTech” vaksini FDA-dan tam lisenziyanı gələn ayın əvvəlində ala bilər. Lakin koronavirusun “delta” variantının sürətlə yayılması nəzərə alınarsa və hərbçilərin vaksinlənməsi üzrə daha təcili addımlar atılması zərurəti yaranarsa, o halda prosesin sürətləndirilməsi üçün Prezidentə başqa variantlar tövsiyə edəcək.
COVID-19 əleyhinə vaksinlər hazırda təcili istifadəyə FDA-nin icazəsinə müvafiq olaraq tətbiq edildiyindən, Prezident Bayden Pentaqonun təxirəsalınmaz qaydada peyvəndlənməni məcburi etməsi barədə xüsusi sərəncam verməlidir. ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi bazar ertəsi jurnalistlərə bildirib ki, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların 73 faizi koronavirus əleyhinə vaksinin azı bir dozası ilə, 60 faizdən çoxu isə hazırda tamamilə peyvəndlənib.

Bu xəbər oxucular tərəfindən 1276 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |