10.08.2021 [15:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
"Bu günə kimi Azərbaycan xalqı özünün tarixi torpaqları içərisində bütün etnoslarla normal münasibətdə olub. Azərbaycan tarixini vərəqləməklə bunun belə olduğunu görmək olar.
Türk milliti İran yaylasında hakim olduğu 1000 il boyunca heç bir xalqı başqa bir xalqdan üstün tutmayıb və onların bir yerdə dinc şəraitdə yaşamasını əsas prinsip kimi qəbul edib və son 100 ildə fars mərkəzli düşüncənin hakim olmasına baxmayaraq yenə də türk milləti insani və humanist yanaşma prinsipini qoruyub saxlayıb.
İraq kürdləri BƏƏS hakimiyyətinin zülmü nəticəsində öz yürdlarından didərgin düşəndə Azərbaycan xalqı onlara qucaq açıb və çağrılmamış qonaqları qəbul edib. Lakin öz süfrəsinin başında oturtduğu qonaqlar tərəfindən hörmətsizliyə məruz qalıb.
Buna baxmayaraq, mühacir kürd azlığının 1980-ci ildə Əbdülrəhman Qasımlunun başçılığı altında etdiyi səhvini də görməzdən gəldi və bağışladı, qısas almağa cəhd etmədi".
Bəyanatda qeyd olunur ki, Azərbaycan xalqının son illərdə bu xoş niyyətindən sui-istifadə edən bir sıra mühacir azlıqlar bunu azərbaycanlıların zəifliyi kimi başa düşüb və bir sıra tamahkar iddiaçıların təhriki ilə Azərbaycanın tarixi torpaqlarına iddia edərək qarşıdurma və toqquşmaya səbəb olublar.
"Kürdlərin Azərbaycanın tarixi torpaqlarına iddialarına nümunə kimi Sulduzda baş verən son hadisəni göstərmək olar.
İki türk və kürd arasında maddi məsələ üstündə baş verən və kürd terror qruplarından birinə bağlı olan şəxsin ölümü ilə nəticələnən toqquşmanı bəhanə edərək bu terror qrupu özünün partiya maraqları naminə Sulduzda yaşayan mühacir kürd azınlığının gənclərini təhrik etdərək baş verən hadisədən vasitə kimi su-istifadə etmək niyyətində idi.
Ancaq onlar, Azərbaycanın və Sulduzun ayıq xalqının, dərin tarixi yaddaşlarına söykənərək 1980-ci ildə yalın əllə və ürəklərində ata-baba torpaqlarına olan tükənməz sevgi ilə, tamahkarların və işğalçıların qarşısında Savalan və Səhənd dağları kimi möhkəm dayanan gənclər və onların qeyrətli uşaqları olduqlarını unudublar"-Milli Hərəkat fəallarının bəyanatında belə qeyd olunur.
Sənəd müəllifləri bildirib ki, Azərbaycan gəncləri, milli fəalları düşmənlərin xain planlarını hər zaman önləyəcək:
"Onlar unudublar ki, Azərbaycanın və Sulduzun ayıq xalqı 1980-ci ildəki dərin tarixi yaddaşa malik gənclər və onları indiki qeyrətli övladlarıdır.
Onlar o zaman yalın əllə və ata-baba torpaqlarına tükənməz sevgi ilə “Kürdüstan Demokrat Partiyası”nın silahlı hücumları qarşısında Savalan və Səhənd dağları kimi güclü müqavimət göstərib və Azərbaycan torpaqlarına tamah gözü ilə baxanların əllərini uzənlərdilər.
Biz Azərbaycan Milli Hərəkatının fəalları olaraq bu coğrafiyada yaşayan etnik azlıqların və mühacirlərin hüquqlarına hörmətlə yanaşırıq. Bəyan edirik ki, Azərbaycan xalqı öz coğrasiyasında yaşayan bütün azlıqların və etniklərin hüquqlarını tanıyır, onların hamısı ilə sülh və dinc şəraitdə yaşamaq istəyir.
Ancaq hər zaman olduğu kimi müqəddəs Azərbaycan torpaqlarına göz tikib və əsassız bəhanələrlə qarşıdurma yaratmaq istəyənlərin cavabı veriləcəkdir.
Azərbaycan xalqı 24 iyul (2 mordad) tarixində bir daha göstərdi ki, İranda hüquqları pozulan bütün xalqların yanındadır.
Azərbaycan xalqı İranda haqları tapdalanan və zülmə məruz qalan bütün xalqlarla, etniklərlə həmdərddir və kürd təşkilatlarından, xalqından istəyir ki, xarici dövlətlərin, Tehran hökumətinin və mərkəzçi müxalifətin siyasətlərinə alət olmasınlar".
Bəyanat avqustun 9-da imzalanıb

Bu xəbər oxucular tərəfindən 950 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |