10.08.2021 [15:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan əyalətinin Sulduz bölgəsində yenidən insident yaşanıb. Azınlıqda olan etnik kürd azlığını təmsil edən şəxslər yerli sakinlərə hücum edib.
Verilən məlumata görə, hadisə avqustun 9-da baş verib. Şəxsi avtomobilləri ilə bağlarına gedən sulduzlu ata və oğlu 4 kürd fəalın hücumuna məruz qalıb.
Goranabad və Əliabad kəndləri arasında yerləşən bağlarına gedən ata və oğula balta, çəkic və başqa soyuq silahlarla silahlanmış kürdlər hücum edərək onların avtomobillərinə xəsarət yetiriblər.
Hücum edənlərin Üşnü şəhərindən gəldiyi deyilir. Onların kimliyi də bəlli olub. Hücum edənlər şəxslərdən birinin Ömər, digərinin isə Arəş Məhəmmədpur adlı şəxslər olduğu bildirilir.
Qeyd edək ki, şənbə günü, avqustun 7-də şəxsi zəmində baş verən mübahisəni bəhanə edən mühacir kürdlər təxribat törətməyə cəhd ediblər.
Təxribatçı kürd fəallar “Nəqədə Kürdüstandır” və digər bölücü şüarlar səsləndirib və şəhərin millət vəkilinin əleyhinə ifadələr işlədiblər.
Bundan sonra yerli Sulduz gəncləri iğtişaşçılara cavab olaraq küçələrə çıxıb və “Bu torpaqdan pay olmaz, Sulduz Kürdüstan olmaz” şüarları səsləndiriblər.
Qarşıdurma zamanı iki nəfərin öldüyü, bir nəfərin ağır yaralandığı bildirilib.
Ölənlərdən birinin Məhəmməd Əlizadə, digərinin isə Fərdin İbrahimi olduğu qeyd olunur.
"Kürdüstan Demokrat Partiyası" adlanan quruma yaxın media qaynaqları bu xəbəri qərəzli şəkildə yayınlayıblar.
Kürd saytları Fərdin İbrahiminin partiyanın rəhbərlərindən olan və avqustun 7-də İraqın Ərbil şəhərində öldürülən Musa Babaxani ilə birgə silahlı fotosunu "faşist türklərin əli ilə öldürülən şəhid" qeydi ilə yayıblar.
Onun xüsusi polis qüvvələrinin açdığı atəş nəticəsində öldürüldüyü qeyd olunur.

Bu xəbər oxucular tərəfindən 1019 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |