11.08.2021 [13:52] - Gündəm, İqtisadiyyat
Muxtar respublikada qışa ciddi hazırlaşmaq, payız-qış mövsümündə əhalinin tələbatını tam ödəmək üçün görülən tədbirlərin sırasında əhalini təzə meyvə-tərəvəzlə təmin etməyə imkan verən soyuducu anbarların gücündən tam istifadə olunması, bazarda bolluq yaradılması xüsusi yer tutur. Bu anbarların fəaliyyətə başlaması həm də yeni iş yerlərinin açılması deməkdir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cari ilin ötən dövründə də bu istiqamətdə tədbirlər davam etdirilib, iyulun 15-dən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə soyuducu anbarlara məhsul qəbuluna başlanılıb. Tədarük dövrü başlayandan bu günə kimi soyuducu anbarlara kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq istehsal edilmiş 4684 tondan artıq kartof məhsulu tədarük olunub ki, bunun da 518 tondan artığı muxtar respublikanın İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin payına düşüb. Cəmiyyət tərəfindən meyvə və tərəvəz məhsullarının nağd alınaraq tədarük olunmasının istehsalçıların fəaliyyətini stimullaşdırması ilə yanaşı, əkin sahələrinin genişləndirilməsi baxımından da böyük əhəmiyyəti var. Hazırda muxtar respublikada ümumi tutumu 21 min 150 ton olan 49 soyuducu anbar fəaliyyət göstərir.
Dövlət maliyyə yardımına innovasiya dəstəyinin də əlavə olunması meyvə-tərəvəzçilik sahəsində müasir dövrün tələblərinə uyğun yeni təsərrüfatların yaranması ilə nəticələnir. Bunlardan ən çox diqqət cəlb edəni isə istixana təsərrüfatlarıdır. Bu sahəyə göstərilən diqqət nəticəsində muxtar respublikada 150 min 817 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 34 istixana təsərrüfatı fəaliyyət göstərir. Cari ilin ötən dövrü ərzində istixana komplekslərində istehsal olunan 730 tondan artıq tərəvəz məhsulları istehlak bazarının davamlı təchizatını təmin edib.
Həmçinin soyuducu anbarlara tədarük olunan məhsulların keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğunluğuna nəzarət nazirliyin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən həyata keçirilir. Bu məqsədlə laboratoriya tərəfindən soyuducu anbarlara tədarük olunan meyvə-tərəvəz məhsullarından 38 halda nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilib, onların normativ texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.
Qeyd edək ki, kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində aparılmış məqsədyönlü tədbirlər nəticəsində ötən il soyuducu anbarlara 7256 ton kartof, 379 ton soğan, 379 ton kələm, 536 ton alma, 150 ton üzüm olmaqla, 8 min 700 ton meyvə-tərəvəz məhsulları tədarük olunub. Ötən tədarük dövrü ərzində “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 1111 ton kartof, 287 ton soğan, 19 ton alma məhsulları nağd alınaraq tədarük edilib. Bu il meyvə-tərəvəz məhsullarının bol olması soyuducu anbarlara tədarük ediləcək məhsullarının həcminin daha da artacağını deməyə əsas verir.

Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |