Şrift:
Xəzər rayonunda koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb
11.08.2021 [14:10] - Gündəm, Sosial
Son günlər COVID-19 virusuna yoluxma hallarında kəskin artım qeydə alınır və infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün genişmiqyaslı dezinfeksiya işləri aparılır.

Avqustun 11-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində aparılan son dezinfeksiya işləri qəsəbənin Almas İldırım küçəsində yerləşən bina və parkları, əsas yolları əhatə edib. Həmin ərazilər xüsusi dezinfeksiyaedici məhlulla yuyulub.

Dezinfeksiya işlərinə Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşları, habelə Xəzər rayonu Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda texnika və xüsusi təlim keçmiş canlı qüvvəsi cəlb olunub.
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed