11.08.2021 [14:12] - Gündəm, Bildiriş
Meşə yanğınlarının qarşısının alınması, onların idarə edilməsi əvvəllər də çox aktual problem idi. Son dövrlərdə, xüsusən iqlim dəyişmələri kontekstində bu məsələ bəşəriyyət qarşısında dayanan prioritet məsələlərdən birinə çevrilib. Türkiyə və Yunanıstandakı son hadisələr buna əyani sübutdur. Hazırda dünyada milyonlarla hektar meşələr yanır. Onun mənfi fəsadları minlərlə kilometr məsafədə hiss olunur. Qeyd etmək lazımdır ki, yanmış meşənin təbii bərpası 150-200 il çəkir və bərpa olunmuş meşənin bitki tərkibi isə əvvəlki kimi zəngin olmur.
Bu fikirlər açıqlamasında “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyinin sədri, ekoloq, dosent Elman Yusifov deyib. O bildirib ki, bu risklər Azərbaycandan da yan keçməyib. Bizim də meşə zonasında yerləşən beynəlxalq infrastruktur qovşaqlarımız, dövlət əhəmiyyətli xüsusi obyektlərimiz, iri sərmayə qoyuluşlu rekreasiya və digər obyektlərimizin olduğunu nəzərə alsaq məsələ daha da aktuallaşır. Bir də nəzərə almaq lazımdır ki, bizim meşələr birinci kateqoriyaya aiddir, kommersiya və sənaye əhəmiyyətli deyil, həyati vacib olub suqoruyucu, mühafizəedici, sanitar-gigiyenik, sağlamlıq funksiyaları daşıyır.
Müasir dövrdə meşə yanğınlarının idarə edilməsi məsələsi elmi-praktik və elmi-fundamental tədqiqat sahəsidir. Bu sahədə alim və mütəxəssislər çalışır, elmi-tədqiqat işləri aparır, elmi məcmuələr nəşr edilir, konfranslar keçirilir. Hazırda bu məsələ daha kəskin xarakter almaqdadır. Meşə yanğınlarının bir çox səbəbi var. Bu səbəbləri şərti olaraq iki bloka - obyektiv və subyektiv məsələlər toplusuna ayırmaq olar. Subyektiv səbəblərə insan – antropogen faktorlar aiddir. İnsanlar məhsul yığımından sonra əkin sahələrini, tarlaları yandırırlar. Onlar hesab edir ki, tarlaların yandırılması nəticəsində yaranan kül növbəti ildə məhsuldarlığa müsbət təsir göstərəcək. Bu heç də belə deyil: “Torpaqəmələgəlmə prosesi, onun üst münbit qatının formalaşması çox mürəkkəb, uzunmüddətli biogeokimyəvi prosesdir. Bu prosesdə təkcə minerallar iştirak etmir. Burada əsas aktorlar ölmüş orqanizmlərin üzvi qalıqlarının hissələri və minlərlə canlılar – həşəratlar, həlqəvi qurdlar, bakteriyalar, göbələklər və digər mikroorqanizmlərdir. Bunlar hamısı məhsuldarlığa təsir edir. Məhsuldarlığın əsas vacib səbəbkarları olan tozlandırıcı həşəratlar öz yumurta və sürfələrini torpağın üst qatında, yaxud 5-10 santimetr dərinlikdə qoyur. Torpaq yandırıldıqda onlar da məhv olur. Onu da qeyd edim ki, hazırda məhsuldarlıq prosesində ən fəal iştirak edən arıkimilərin sayı kəskin azalmaqdadır. Bunun bir səbəbi pestisid və herbisidlərdirsə, digər səbəbi kütləvi tarla yanğınlarıdır. Bəzi insanlar təbiət qoynunda istirahət edir, sonda qaladıqları ocaqlara nəzarət etmirlər. Bu da yanğına səbəb olur. Bəziləri təbiətdə istirahətdən sonra məişət tullantılarını, şüşə materiallı meşələrə atırlar.
Ekoloq vurğulayıb ki, atılmış şüşə qablar, onların qırıntıları günəş şüalarını bir yerə toplayan, yüksək hərarət yaradan linza rolunu oynayır: “Yəqin siz də uşaqlıqda şüşə linza ilə taxtanı yandıraraq naxışlar açmısınız. Meşələrə şüşə qalıqları atıldıqda da eyni proses gedir. Bu halların qarşısının alınması üçün insanlar arasında maarifləndirmə işləri aparılmalıdır. Bunu bələdiyyələr daha effektiv həyata keçirə bilər”.
Elman Yusifov vurğulayıb ki, obyektiv səbəb isə bəzi hallarda təbiətin özü özünü yandırmasıdır. Təbiətdə biosenozda hər şey qarşılıqlı bağlıdır. Bütün canlı orqanizm qrupları bir-biri ilə qidalanaraq bir-birinə nəzarət edir, bir-birinin sayını tənzimləyir. Biosenoz canlı orqanizmlərin məcmusudur. Bütün canlılar ekoloji statuslarına görə 3 qrupa bölünür: produsentlər, konsumentlər və redusentlər. Produsentlər, başqa sözlə, bitkilər Günəş enerjisi, hava və torpaqdakı mikroelementlərdən üzvi maddələr hazırlayır. Konsumentlər olan heyvanlar aləmi produsentlərlə qidalanaraq bu enerjini hazır şəkildə mənimsəyir. Konsumentlər məhv olduqda üçüncü qrup olan redusentlər onların çürüməsini, minerallaşaraq yenidən dövriyyəyə qatılmasını təmin edir. Bu proses milyardlarla il davam etməkdədir: “Bəzən təbiətdə konsumentlərin ümumi kütləsi o qədər çoxalır ki, redusentlər onları parçalayıb minerallaşdıra bilmir, balans pozulur. Belə olduqda təbiət özü özünü yandıraraq birbaşa minerallaşmanı təmin edir. Son dövrdə baş verən iqlim dəyişmələri, planetimizdə istiliyin artması bu prosesi daha da şiddətləndirir. Bu, təbiətin özünütənzimləməsi (homeostaz) prosesidir. Bu prosesi yumşaltmaq, nəzarətdə saxlamaq mümkündür. Bunun üçün, ilk növbədə, son 20 ildə baş vermiş meşə yanğınlarının əraziləri müəyyənləşdirilməli, dəqiq səbəbləri araşdırılmalıdır. İnsan faktoru ilə bağlı olan yanğınlar barədə maarifləndirmə-təbliğat işləri daha da gücləndirilməlidir. Belə təbliğatlarda bələdiyyələr və icra strukturlarının təşkilatçılığı ilə internet televiziya, yutub, instaqram, feysbuk kimi sosial şəbəkələr effektiv ola bilər”.
O diqqətə çatdırıb ki, təbii texnogen yanğınlar üçün isə ciddi araşdırmalar aparılmalıdır. Təbii yanğınlar baş verən ərazilərdəki ağac və kolların cins tərkibi müəyyənləşdirilməli, oradakı üzvi qalıqların həcmi dəqiqləşdirilməli, qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. Üzvi qalıq yükünün azaldılmasının 2 yolu ola bilər. Birincisi, aidiyyəti orqanlar, bələdiyyələr və könüllülərin köməyilə həmin quru qalıqlar ərazidən daşınmalıdır. Ərazi tezalışan qalıqlardan, xüsusən qətranlı bitkilərdən, şüşə qalıqlarından təmizlənməlidir. Bu mümkün olmadıqda və ya iqtisadi baxımdan əlverişsiz olduqda həmin yerlərdə idarə olunan mikroyanğınlar aparmaqla ərazidəki gərginlik götürülməlidir. Bu, dünya təcrübəsində tətbiq edilir.
“Təbii yanğınların tez-tez baş verdiyi ərazilərin bitki mühiti öyrənilməli, riyazi modelləşdirilməli, alınmış nəticələr əsasında digər riskli sahələrdə qabaqlayıcı tədbirlər görülməlidir. Bu məlumatların əldə edilməsində “Azərkosmos”un aerofotoçəkilişləri və dron vasitələri faydalı ola bilər. Düşünürəm ki, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin meşə yanğınlarının idarə edilməsi üzrə birgə monitorinq mərkəzinin yaradılması da meşə yanğınlarının qarşısının alınmasına öz töhfəsini verər”, - deyə Elman Yusifov qeyd edib.

Bu xəbər oxucular tərəfindən 1388 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |