Şrift:
Azərbaycanın dövlət borcunun ümumi məbləği ÜDM-in 21,6 faizini təşkil edib
11.08.2021 [14:13] - Gündəm, İqtisadiyyat
İyulun 1-nə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 17 milyard 352 milyon manat və ya ÜDM-in 21,6 faizini təşkil edib.

Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, məcmu dövlət borcunun 14 milyard 625,7 milyon manatı (8 milyard 603,4 milyon ABŞ dolları) və ya 84,3 faizi xarici dövlət borcunun, 2 milyard 726,3 milyon manatı və ya 15,7 faizi daxili dövlət borcunun payına düşür.
Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed