11.08.2021 [14:22] - Gündəm, Sosial
BMT-nin Liviyaya Dəstək Missiyası (UNSMIL) bu ölkənin yüksək vəzifəli şəxslərinin qaçırılmasından narahatlığını ifadə edib. Missiyanın bəyanatında bildirilib ki, Liviya Baş nazirinin müavininin köməkçisi Rida Fərəcin və digər hökumət nümayəndələrinin naməlum silahlılar tərəfindən oğurlanması ölkədə daxili vəziyyəti daha da gərginləşdirib. Qaçırılan rəsmilərin taleyi hələ də məlum deyil.
UNSMIL, həmçinin Liviyada gizli həbslər, işgəncələr və qətllərin sayının artması ilə bağlı narahatlığını ifadə edib. BMT-nin xüsusi elçisi Yan Kubiş bildirib ki, Liviya hökuməti rəsmi şəxslərin, jurnalistlərin və vətəndaş cəmiyyəti təmsilçilərinin qaçırılması və qətli ilə əlaqədar təcili tədbirlər görməli, təhqiqat aparılması üçün göstəriş verməlidir.
BMT-nin bəyanatından sonra çıxış edən Liviyanın Baş naziri Əbdül-Həmid Dbeibah bildirib ki, ölkədə yeni vətəndaş müharibəsinin qarşısı qətiyyətlə alınacaq. O vurğulayıb ki, vahid ordu ayrı-ayrı şəxslərə deyil, xalqa məxsusdur və istənilən anda destruktiv silahlı qruplaşmalara sərt cavab verəcək. Baş nazir əlavə edib ki, paytaxt Tripolidən 90 kilometr aralıda yerləşən Tarhuna şəhərində aşkar edilən kütləvi məzarlıq yeni müharibə carçılarına ibrət olmalıdır.

Bu xəbər oxucular tərəfindən 422 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |