Şrift:
İtaliyada COVID-19-a yoluxanların sayı yenidən artır
11.08.2021 [15:13] - Gündəm, Sosial
İtaliyada son 24 saat ərzində koronavirusa 5636 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə virusa yoluxanların sayı isə ümumilikdə 4 milyon 406 min 241 nəfərə çatıb.

İtaliyada koronavirusa yoluxanların sayı artmaqda davam edir. Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 241 min 766 koronavirus testi icra olunub. Ötən gün 31 nəfər COVID-19 səbəbindən dünyasını dəyişib. Bununla da pandemiya qurbanlarının sayı 128 min 273-ə yüksəlib.

Nazirlik son 24 saatda 4125 nəfərin virusdan sağaldığını və aktiv xəstə sayının isə 116 min 323 olduğunu bildirib. Reanimasiya şöbəsində olan xəstələrin sayı bir nəfər azalaraq 322-yə enib.

Bu günədək İtaliyada 72 milyon 328 min 955 nəfərə vaksin vurulub, hər iki dozanı qəbul edənlərin sayı 34 milyon 812 min 485 olub.
Bu xəbər oxucular tərəfindən 416 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed