Şrift:
Havada toz dumanı müşahidə olunur
12.08.2021 [14:22] - Gündəm, Sosial
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə edilən toz dumanı transsərhəd xarakter daşıyır.

Hazırda havada tozun miqdarı normadan 3,9 dəfə çoxdur.

Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed