12.12.2012 [12:25] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Suraxanı rayonunda cari ilin 9 ayına yekun vurulmuşdur
Oktyabrın 15-də Suraxanı rayonunda “Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Tədbirdə Suraxanı rayonunda cari ilin 9 ayında görülmüş işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, hesabat dövründə dövlət və yerli proqramlarının icrası Suraxanıda uğurla davam etdirilmişdir. Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Suraxanı rayonu üçün nəzərdə tutulmuş 102 tədbirdən 31-i tam icra olunmuş, 47-nin icrasına başlanılmışdır. Rayon üzrə həyata keçiriləcək işlərə dair 48 bənddən ibarət əlavə tədbir nəzərdə tutulmuşdur. Onlardan 37-si təhsil sahəsinə, 11-i isə əhalinin təhlükəsizliyinin təmin edilməsinə aid tədbirlərdir.
Rayonun sənaye müəssisələri cari ilin 9 ayında 233,1 milyon manatlıq iş yerinə yetirmiş, artım 117 faiz təşkil etmişdir. Bir işçinin orta aylıq əmək haqqı 543 manata, sənayedə çalışan işçinin isə 689 manata çatmış, 1802 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur.
Rayonda 24 sahibkara 1 milyon 44 min manat məbləğində güzəştli kredit verilmişdir.
Göstərilən dövr ərzində rayonda bir çox ictimai-siyasi tədbirlərin keçirilməsi zamanı rayonun ideoloji qərargahına çevrilmiş Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin geniş imkanlarından istifadə edilmişdir. Mərkəzin Elektron kitabxanasının xidmətindən bu günə qədər 8 min 500 istifadəçi faydalanmışdır
Cari ilin 9 ayı ərzində Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 3497 ailəyə 3,9 milyon manat məbləğində ünvanlı sosial yardım verilmiş, imtiyazı olan 7255 vətəndaşa 3,5 milyon manat məbləğində sosial müavinət ödənilmiş, 73 əlil vətəndaş istirahət mərkəzlərinə göndərilmişdir.
Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 860 nəfərdən 505 nəfəri işlə təmin olunmuş, 86 nəfərə işsizlik statusu verilmiş, 95 nəfərə işsizlik müavinəti təyin edilmiş, 28 nəfər peşə hazırlığı kurslarına göndərilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 123,6 min manat vəsait toplanmış, artım 21,2 faiz təşkil etmişdir.
Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında 9 ay ərzində rayon əhalisinə 982 ton kənd təsərrüfatı məhsulları satılmışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Yığıncaqda Milli Məclisin deputatları Ağacan Abıyev və Fərəc Quliyev iştirak etmişlər.

Bu xəbər oxucular tərəfindən 1831 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |