13.08.2021 [14:14] - Gündəm, Sosial
Son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayının 3000-ə yaxınlaşması narahatedici vəziyyətdir. Yoluxma sayındakı sürətli artım dinamikasının bir sıra səbəbləri var. Birincisi, cəmiyyətdə koronavirus əleyhinə vaksinasiyaya meyillilik aşağı səviyyədədir. Nəzərə almaq lazımdır ki, vətəndaşlar yalnız vaksinasiyadan keçərək həm özlərini və ailələrini, həm də bütün cəmiyyəti COVID-19 bəlasından xilas edə bilərlər. Vaksinasiya olunmuş vətəndaşlar koronavirusa yoluxduqları halda infeksiyanı yüngül keçirir və onların ölüm riski, demək olar ki, olmur.
Bunu açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Natiq Əliyev deyib.
Həkim-infeksionist bildirib ki, vaksinasiyaya əvvəllər maraq bir müddət artsa da, indi bu tendensiya zəifləyib: “Bəlkə də, buna səbəb istirahət dönəminin olmasıdır. İstənilən halda, bu, arzuolunan deyil. Çünki vaksinasiyadan keçənlərin sayı az olarsa, xəstəliyə qarşı kütləvi immunitet formalaşmaz. Vaksinasiya koronavirusdan yeganə çıxış yoludur. Peyvəndləməyə maraq az olduqca, xəstəlik sürətlə yayılacaq və ağırlaşmış xəstələrin sayı artacaq. Belə olan halda, yəqin ki, sərt karantin rejiminin tətbiqi qaçılmazdır. Hətta iki doza vaksin vurduranlara üçüncü dozanın da vurulması məsləhət görülür. Sadəcə nəzərə almaq lazımdır ki, vaksinasiyanın ikinci mərhələsindən 6 ay vaxt keçmiş olsun”.
N.Əliyev koronavirus infeksiyanın son dövrlər daha çox müşahidə edilən simptomları barədə məlumat verib: “El arasında “soyuqdəymə” deyilən bakteriyal infeksiyanın əsas əlamətləri olan burun və boğaz ağrısı indi COVID-19-un da simptomları kimi özünü göstərir. Belə şikayətləri olan koronaviruslu xəstələr aldanır. Yəni, düşünürlər ki, bu, adi soyuqdəymədir və keçib gedəcək. Ona görə də nə koronavirus testindən keçir, nə də özünü izolyasiya edir. Ətrafındakılarla kontakta davam edən belə xəstələr infeksiyanı başqalarına yoluxdurur. Hazırda yoluxmanı artıran əsas səbəblərdən biri də budur”.

Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |