Şrift:
Moskvada koronavirusla bağlı məhdudiyyətlər yumşaldılıb
13.08.2021 [14:15] - Xəbərlər, Sosial
Moskvada COVID-19 virusunun yayılması ilə bağlı tətbiq edilmiş məhdudiyyətlər yumşaldılıb.

Moskva hakimiyyəti koronavirus pandemiyası ilə əlaqədar işçilərin, o cümlədən yaşı 65-dən çox olan əməkdaşların 30 faizinin distant iş rejiminə keçirilməsi, gün ərzində bədən hərarətinin ölçülməsi, eləcə də hər 15 gündən bir işçilərin 10 faizinin test edilməsi tələbini ləğv edib.

Moskva meri Sergey Sobyanin şəhərdə həyatın əvvəlki axarına qayıtdığını vurğulayıb. Lakin maska rejimi, məsafə saxlanılması tələbi, kütləvi tədbirlərin keçirilməsində məhdudiyyətlər qüvvədə qalıb.
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed