Şrift:
Etibar Mirzəyev: Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları tam icra edilib
13.08.2021 [14:32] - Xəbərlər, Sosial
Prezident İlham Əliyevin Türkiyədəki yanğınların qarşısının alınması və geniş miqyas almasına imkan verilməməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) qarşısında qoyduğu vəzifələr tam icra edilib.

Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bu sözləri fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev avqustun 13-də jurnalistlərə müsahibəsində deyib.

Nazir müavini bildirib ki, avqustun 12-də Muğladakı böhran mərkəzində keçirilən toplantıda yanğınların tam söndürülməsi haqqında rəsmi olaraq məlumat verilib: “Bu müddətdə yerli yanğınsöndürənlərlə çiyin-çiyinə yanğınların söndürülməsinə və soyutma işlərinin aparılmasına nail olmuşuq. Əsas məqsəd yanğınların strateji bölgələrə və yaşayış məntəqələrinə yaxınlaşmasının qarşısını almaq olub”.
Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed