Şrift:
Rusiyada koronavirusdan ölənlərin sayında yeni antirekord qeydə alınıb
13.08.2021 [15:01] - Gündəm, Sosial
Rusiyada bir gündə koronavirusdan 815 nəfər vəfat edib. Bu, pandemiya başlanandan ölkədə ən yüksək göstəricidir.

Avqustun 13-nə olan məlumata görə, koronavirusa yoluxanların sayı 22 min 277 nəfər artaraq 6 milyon 557 min 68 nəfərə çatıb.

Üç gündür ölkədə COVID-19 virusundan ölənlərin sayında antirekord qeydə alınır. Avqustun 12-də 808 nəfər koronavirus xəstəliyindən dünyasını dəyişib. Bu gün isə həmin göstərici 815 nəfər olub. Pandemiya başlayandan bəri Rusiyada 168 min 864 xəstə vəfat edib.

Moskvada vəziyyət bir qədər sabitləşib. Paytaxtda son sutkada 2529 nəfər bu xəstəliyə yoluxub, 59 xəstə vəfat edib. Hazırda Moskvada 106 min 527 xəstə müalicə olunur.
Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed