Şrift:
Rusiya Tacikistana 50 min doza “Sputnik V” vaksini göndərib
13.08.2021 [15:17] - Gündəm, Sağlıq
Bu gün Rusiya Tacikistana COVID-19-la mübarizə tədbirləri çərçivəsində humanitar yardım məqsədilə 50 min doza “Sputnik V” vaksini göndərib.

Tacikistan Səhiyyə və Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ötən ayın sonunda Çin Xalq Respublikasından Tacikistana humanitar yardım kimi 2 milyon doza “CoronaVaс” və Amerika Birləşmiş Ştatlarından 1,5 milyon doza “Moderna” vaksini göndərilib.

Azərbaycan isə Tacikistana humanitar yardım kimi 40 min doza “AstraZanesa” vaksini göndərib.

Bu il Tacikistan əhalisinin 18 yaşdan yuxarı olan 62 faizinin, yəni 5,8 milyon nəfərin peyvənd edilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 961 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed