16.08.2021 [14:24] - Gündəm, Sosial
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 86 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 17 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib.
Sutka ərzində biri azyaşlı olmaqla 19 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas edilib. Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında dənizdə qeyri-çimərlik ərazidə batan Əhmədov Nahid Namiq oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılıb. Həmçinin Şəmkir rayonunda iki minik avtomobilinin toqquşması ilə əlaqədar həyata keçirilən qəza-xilasetmə əməliyyatı zamanı Qasımova Ofeliya Əliş qızının və Tağıyeva Familə Bəhram qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılıb. Hər üç meyit aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |