16.08.2021 [14:36] - Gündəm, Sağlıq
Yay fəsli olmasına baxmayaq, son günlər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma sayındakı sürətli artım ciddi narahatlıq doğurur.
Bakıdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova bu barədə danışarkən deyib: “Koronavirus infeksiyasının yoluxma sayındakı sürətli artım təkcə ölkəmizdə deyil, bir çox region ölkələrində də müşahidə olunur. Bu ilk növbədə yay mövsümü zamanı qohum və yaxınların bir-biri ilə görüşü, uşaqların yay tətili ilə əlaqədardır. Yumşalma zamanı təşkil olunan məclislərin də buna təsiri var. Təəssüf ki, belə tədbir və mərasimlər zamanı iştirakçılar sosial məsafəyə əməl edilməsi tələbini gözləmirlər. Halbuki virus infeksiyası üçün sosial məsafənin gözlənilməsi və mərasim zallarında havalandırmanın düzgün qurulması ən vacib şərtlərdən biridir. Təbii ki, cəmiyyətdə müəyyən qayda pozuntuları olub və bəzən də qaçılmaz olur. Lakin bu hallar sağlamlıq üçün risk amilini artırır.
Koronavirus daim mutasiyaya uğrayır. İndiyə qədər də həmin infeksiyanın yeni ştammları müşahidə olunub. Hazırda daha çox yayılan delta ştammının sürətli yoluxduruculuq qabiliyyəti var. Peyvənd olunmayan ona yoluxduqda daha çox yoluxdurucu rolu oynayır, həyatı risk daşıyır. ABŞ nəşri olan jurnalda dərc olunan bir məqalədə göstərilir ki, peyvənd olunan şəxs virus infeksiyasına yoluxarsa, bu zaman onun ağciyərlərində pnevmoniya yaranma ehtimalı az olur. Xəstəliyin ən təhlükəli məqamlarından biri də ağciyərlərdə pnevmoniyanın yüksək faiz tutması nəticəsində oksigenin aşağı düşməsi və nəfəs çətinliyidir. Uşaqlarda isə bu hal atipik, yəni müxtəlif əlamətlərlə müşahidə olunur. Valideynləri çaşdıran əsas əlamətlərdən biri də odur ki, uşaqlarda hərarətin olması başqa infeksiyalar nəticəsində də yarana bilər”.
A.Ziyadova qeyd edib ki, uşaqlar 3 yaşınadək rotavirus, odenavirus və renaviruslara yoluxurlar: “Onlarda üç gün davam edən yüksək hərarət o qədər də narahatlıq doğurmur. Lakin hərarətin davamlılığı və dərmanların qəbul edilməsinə baxmayaraq, hərarətin aşağı düşmürsə, daha diqqətli olmaq lazımdır. Uşaqlar arasında yanaşı olaraq ishal və səpgilər müşahidə olunur. Valideynlər bir sıra hallarda uşaqlarda hərarət olduğuna görə deyil, səpgilərin yaranması ilə əlaqədar müraciət edirlər və bu zaman anamnezi yoxlamaq lazım gəlir. Uşağın kimlə təmasda olub-olmadığı mütləq araşdırılmalıdır. Ən çox təmaslar və həmin təmaslar nəticəsində uşaqlarda müxtəlif kliniki əlamətlərin olması ilə - ən çox ishal və səpgilər, gözdə qızartı, yanma hissi ilə müraciətlər üstünlük təşkil edir. Lakin unutmaq olmaz ki, uşaqlarda dərman dozalaması çox əhəmiyyətlidir. Uşaq orqanizmi individual olduğu üçün dərman dozası onların çəkisinə uyğun təyin edilməlidir. Valideynlər azyaşlı övladlarını özbaşına müalicə etmək istəyəndə isə, təəssüf ki, xəstəlik ağırlaşa bilər”.
Pediatr-infeksionist deyib: “Virusun müxtəlif ştammları dolaşır. Vaxtında peyvənd olunanlar özünü, ailəsini və cəmiyyəti qorumuş olur. Nəzərə almaq lazımdır ki, peyvənd edilənin yoluxduruculuq qabiliyyəti də azalır. Məsələn, peyvənd olunan virusa yoluxsa, xəstəliyi kliniki olaraq yüngül keçirir, yoluxma yüksək hərarət olmadan, üst tənəffüs yolu infeksiyası kimi yüngülvarı boğaz və baş ağrıları kliniki əlamətlərlə ötüşür və pnevmoniya yaranma riski olmur. Bu, çox əhəmiyyətli məsələdir, çünki xəstəni reanimasyon vəziyyətə sala biləcək hallar baş vermir. Peyvənd olunmaq xüsusilə xroniki xəstəliyi olanların həyatını xilas edir”.
Müsahimiz “sifətin fırtınası” adlandırılan halın həyati təhlükə yaratdığını bildirib: “Bu, daha çox immun hüceyrələrinin sürətli reaksiyası ilə əlaqədardır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Azərbaycan koronavirusla mübarizə sahəsində düzgün addımlar atıb. Bu, belə də davam etməlidir, çünki qonşu ölkələrdə olduğu kimi Azərbaycanda da koronavirusa yoluxanların sayının sürətlə artdığı müşahidə edilir. Vətəndaşların istirahət üçün xarici ölkələrə üz tutmaları və sosial məsafəni qorumamaları COVID-19-un sürətlə yayılmasına səbəb olur. Yoluxmanı artıran səbəblərdən biri də qapalı məkanlarda tibbi maskadan istifadə edilməməsi və peyvəndləməyə meylin azalmasıdır. COVID-19 əleyhinə peyvənd olunanlar daşıyıcı olarkən 2-3 nəfəri, peyvənd olunmayanlar isə 10-15 nəfəri yoluxdura bilərlər. Koronavirus hava-damcı infeksiyası olduğundan onun yaşaması üçün canlı hüceyrələrə ehtiyacı var. Viruslardan qorunmaq üçün peyvəndləmə çox əhəmiyyətlidir. Son günlər infeksionistlər çiçək virus infeksiyası haqqında kütləvi şəkildə maarifləndirici məlumatlar yayaraq qeyd edilər ki, uzun illər əvvəl yayılmış çiçək infeksiyasının qarşısını da məhz peyvənd nəticəsində almaq mümkün olub”.

Bu xəbər oxucular tərəfindən 875 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |