Şrift:
On üç adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
16.08.2021 [14:39] - Gündəm, Sosial
“Baytarlıq haqqında” Qanuna əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, avqustun 9-dan 13-dək ümumilikdə 13 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb.

Qeydiyyata alınan baytarlıq preparatlarından 1-i Rusiya, 2-i Vyetnam, 10-u isə Ukrayna istehsalıdır.
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed