16.08.2021 [14:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün jurnalistlərə açıqlamasında o, özəlliklə Rəzəvi Xorasan və Məşhəddə koronavirusla bağlı vəziyyətin son dərəcə təhlükəli həddə çatdığını deyib.
Məşhəd şəhərinin xəstəxanalarında artıq boş çarpayının qalmadığını, tibbi ləvazimat və avadanlıqların çatışmadığını vurğulayan Əmir Məsud Haşimiyan deyib ki, koronavirus simtomu ilə xəstəxanalara müraciət edənlərin əksəriyyətini artıq gənclər və orta yaşlılar təşkil edir.
“Xəstəliyin qəti müalicəsinin vaksinasiyadan başqa yolu yoxdur. Lakin xəstəliyi nəzarətdə saxlamaq üçün digər yolları da nəzərə almalıyıq. Koronavirusun mutasiya etmiş bu dalğası xəstəliyin əvvəlki dalğalarından daha təhlükəlidir və onun yoluxdurma qabiliyyəti də çox güclüdür.
İndiki vəziyyətdə hətta maska taxanlar və gigiyena qaydalarına riayət edən insanlar da xəstəliyə yoluxurlar. Xəstəliyə yoluxan hər bir şəxs də istəmədən öz ailəsini də yoluxdurur. Beləliklə də virusa yoluxma simptomu ilə xəstəxanalara müraciət edənlərin sayı gündən-günə artır.
Halbuki, xəstəxanaların da imkanları məhduddur.
Hesab edirik ki, hazırda xəstəlikdən qorunmağın yeganə yolu evdə oturmaqdır. Əgər əvvəllər maska taxıb supemarketlərə və digər məkanlara gedə bilirdiksə, hazırda hamıya tövsiyə olunur ki, ən azı qarşıdan gələn 10 gündə bundan çəkinsinlər və evdən bayıra çıxmasınlar.
Təəssüflər olsun ki, koronavirusa yoluxma səbəbilə hazırda xəstəxanalara müraciət edənlərin çoxunu 30-50 yaşlarında olan gənclər və orta yaşlılar təşkil edir və həmin şəxslər istəmədən və ya bilmədən öz ailə üzvlərini də xəstəliyə yoluxdururlar.
Hazırkı durumda demək olar ki, biz koronavirus pandemiyasını geridə qoyub korona sunamisi mərhələsinə çatmışıq. Xəstəliyin isə yayılma tempi o qədər sürətlidir ki, bəzən ağ ciyərinin 10 faizi zədələnmiş xəsatə həkim nəzarətindən keçsə də onun vəziyyəti 48 saat içində o qədər pisləşir ki, baxırsan həmin qısa müddət ərzində onun ağ ciyəri artıq 80 faiz sıradan çıxıb.
Belə şəxslərin isə aqibəti təəssüflər olsun ki, bir çox hallarda ölümlə nəticələnir”, -deyə Məşhəd Tibb Universitetinin Rəyasət Heyətinin üzvü Əmir Məsud Haşimiyan bildirib.

Bu xəbər oxucular tərəfindən 932 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |