17.08.2021 [15:11] - Gündəm, Sağlıq
Son günlər vətəndaşlar yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduqdan 3 gün sonra reanimasiyada müalicə almağa məcbur olurlar. Pandemiyanın ilk aylarında isə xəstə yoluxduqdan 5-6 gün, bəzən isə hətta 14 gün sonra reanimasyon vəziyyət yaranırdı. Yəni, indi xəstəliyin klinik gedişi daha sürətlidir. Bu, ölüm sayının artmasına səbəb olur.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü, infeksionist Kamil Süleymanov deyib.
Həkim-infeksionist koronavirusa görə ölüm hallarının artmasının səbəblərindən danışıb: “COVID-19 infeksiyasına yoluxma sayı artdıqca, təbii ki, ölüm sayı da artır. Əvvəlki ştamlarla müqayisədə yeni yaranan ştamlarda kliniki gedişlər fərqli olur. İndi xəstəlik daha sürətlə irəliləyir və daha güclü yoluxduruculuq xüsusiyyətinə malikdir. Xəstə yoluxduqdan üç gün sonra reanimasiyada intensiv terapiya almağa məcbur olur. Halbuki digər ştamlarda bu hal xəstəliyin 5-6-cı günündə, hətta pandemiyanın başladığı ilk aylarda yoluxmadan 10-14 gün keçdikdən sonra müşahidə edilirdi. Hazırda isə həmin kliniki əlamətlər daha tez görünür və xəstəlik sürətlə ağırlaşır”.
K.Süleymavov bildirib ki, ölüm hallarının artmasının digər bir səbəbi də xəstələrin həkimə gec müraciət etməsidir: “Bəzən xəstələr 10-15 gün təngnəfəslik və boğulma hiss etsələr də, xəstəxanaya müraciət etməkdən çəkinirlər. Nəticədə gecikmiş formada xəstəxanaya gələn xəstələrə intensiv terapiya məsləhət görülür. Bəzən isə belə xəstələrə, təəssüflər olsun ki, müdaxilə etmək olmur. Ona görə də ölüm halları artıb”.

Bu xəbər oxucular tərəfindən 916 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |