Şrift:
Qumda "Taliban"a qarşı etiraz aksiyası keçirən əfqan qadınlar polis zorakılığına məruz qalıb
17.08.2021 [15:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ayılan məlumata əsasən, əfqan qadındlar aksiyada "Talinan"çıların zorla hakimiyyətə qayıdışına etiraz edib.

“Talibana ölüm”, “Nə qədər ki, damarımızda qan var "Taliban" bizim düşmənimizdir”, “Biz İslam Əmirliyi istəmirik” şüarları səslənən aksiyada "Taliban"la sülh prosesinin dayandırılması tələb olunub.


Etirazçılar həmçinin üzərində “Talibana dəstək verən Pakistana ölüm olsun” və "Siz ey Fatimiyyun briqadası, hardasınız, namus və qeyrət əldə getdi” şüarları yazılmış plakatlar qaldırıblar.

Bununla onlar Suriyada Bəşər Əsəd rejimini qoruyan SEPAH-a bağlı əfqan yaraqlılarının öz vətənlərində baş verən olaylara biganə qalmasına etiraz bildiriblər.


Sosial şəbəkələrdə yayılan məlumata əsasən, İranın polis və mülki geyimli təhlükəsizlik qüvvələri dinc şəkildə keçirilən aksiyaya müdaxilə eddib.

Onlar "Taliban"çılara qarşı şüarlar səsləndirən onlarla mühacir əfqanıstanlı qadını həbs edərək naməlum istiqamətə aparıblar.


Polisin əfqanıstanlı qadınlara zorakılıq tətbiq etməsi isə sosial şəbəkə istifadəçilərinin etirazı ilə qarşılanıb.


Həbs edilən aksiyaçı əfqan qadınlarının hazırda harada saxlanılması barədə hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 976 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed