18.08.2021 [13:20] - Gündəm, Sağlıq
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aygün İsmiyevanın sayıqlığı nəticəsində gənc ölümdən xilas olub.
Hadisə Xaçmaz rayonunda baş verib.
Belə ki, istirahət mərkəzində bir nəfər dənizdə olduğu zaman ürəktutması ilə huşsuz vəziyyətə düşüb və yaxında olan vətəndaşların yardımı nəticəsində sahilə çıxarılıb. Orada istirahətdə olan həkim Aygün İsmiyeva dərhal həmin şəxsə ilkin yardım olaraq ürək masajı etməyə başlayıb. Aygün İsmiyeva 107 kiloqram çəkidə olan vətəndaşı 25 dəqiqə davam edən ürək masajından sonra həyata qaytara bilib.
“Artıq peşə vərdişidir. Hər zaman və hər yerdə hadisələrə dərhal müdaxilə etməyi özümüzə borc bilirik. Oğlum dənizdə bir nəfər adamın öldüyünü deyəndə, tez sahilə qaçdım. Vətəndaşın ürək dayanmasından huşsuz vəziyyətdə olduğunu gördüm və dərhal ürək masajı etməyə başladım. Çox sevinirəm ki, yardımım nəticəsində həmin adamın həyatını xilas etmək mümkün oldu. Səhiyyə Nazirliyinin həkimi olaraq vətəndaşlarımıza hər zaman xidmət etməyə hazırıq”,- deyə Aygün İsmiyeva bildirib.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi göstərdiyi ilkin tibb yardım nəticəsində vətəndaşımızı yenidən həyata qaytaran qəhrəman həkimimizə təşəkkürünü bildirib.

Bu xəbər oxucular tərəfindən 950 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |