Şrift:
Abşeron yarımadasının dayazsulu hissəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanıb
18.08.2021 [14:01] - Gündəm, İqtisadiyyat
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron yarımadasının dayazsulu hissəsi (AYDH) üzrə dəniz blokunun Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanıb. Bundan əvvəl bu quyunun qazılmasını həyata keçirən “Satti” özüqalxan qazma qurğusu avqustun 9-da təhlükəsiz şəkildə dənizə yola salınmışd

Bu barədə SOCAR və BP şirkəti birgə məlumat yayıblar.

Bu quyu həmin müqavilə sahəsində qazılacaq ilk quyudur. Quyunun ümumi dərinliyinin 2424 metrə çatacağı planlaşdırılır və qazma işlərinin təxminən iki ay yarım davam edəcəyi gözlənilir. Bundan sonra quyudan əldə edilmiş məlumat analiz ediləcək və göstəricilər uğurlu olarsa, nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.

BP AYDH layihəsinin operatordur və hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) 50 faiz iştirak payına malikdir, digər 50 faiz iştirak payı isə SOCAR-a məxsusdur.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “SOCAR-ın CDC şirkətinin bazasında “KazMunayQaz” şirkətinə məxsus “Satti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi həyata keçirildikdən sonra Dayazsulu Abşeron yatağında ilk qazma işlərinə start verilməsi sevindirici haldır. Bu, son dövrdə Xəzər regionu dövlətlərinə məxsus şirkətlərin əməkdaşlığının yüksələn xətlə inkişafını təzahür etdirir. Əminəm ki, SOCAR, “BP Azerbaijan” və Qazaxıstanın “KazMunayQaz” şirkəti gələcəkdə də Xəzər dənizindəki layihələrdə əməkdaşlıqlarını müvəffəqiyyətlə davam etdirəcək”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “AYDH sahəsində qazma əməliyyatlarına başlamağımızdan çox məmnunuq. Dünyanın müxtəlif yerlərindəki dayazsulu sahələrdə əldə etdiyimiz təcrübədən və qabaqcıl texnologiyalardan istifadə etməklə qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün geniş hazırlıq işləri aparmışıq. AYDH sahəsindəki ilk kəşfiyyat quyusunun təhlükəsiz və səmərəli şəkildə qazılması üçün SOCAR ilə sıx əməkdaşlıqda işləməyə davam edəcəyik”.

“Satti” özüqalxan qazma qurğusu “Caspian Drilling Company” (CDC) tərəfindən idarə edilir. Qurğunun AYDH layihəsi üçün işləməsi haqqında müqavilə 2021-ci ilin iyun ayında imzalanıb.
Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed