18.08.2021 [14:17] - Gündəm, Mədəniyyət
2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı və vakansiya seçimi mərhələsində uğur qazanmışam. Müsabiqənin müsahibə mərhələsini uğurla başa vursam, bu tədris ilində Şəki şəhəri Suçma kənd tam orta məktəbində müəllim kimi fəaliyyətə başlayacağam.
Bunu müsahibəsində müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində iştirak edən Fəzilət İsrafilova deyib.
Zaqatala rayonundan olan Fəzilət İsrafilova bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsində bakalavr, Sumqayıt Dövlət Universitetində isə magistr təhsili alıb. 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Kəlbəcər rayon məktəbinə işə qəbul olunub. Lakin orda dərs saatı az olduğu üçün ikinci iş yeri üzrə yenidən müsabiqəyə qoşulub. “Builki müsabiqənin test imtahanı mərhələsində fizika fənni üzrə 46 bal topladım. İmtahanlarda suallar çətin olsa da keçid balını toplaya bildim. Test imtahanı mərhələsində narazı olduğum məqam vaxt azlığı oldu. Suallarda çalışmaların həll olunması üçün vaxt tələb olunur. Ona görə imtahan vaxtının uzadılmasını arzulayardım. İnanıram ki, müsahibə mərhələsində uğur qazanaraq seçdiyim məktəbdə müəllim işləyəcəm”, - deyə Fəzilət İsrafilova qeyd edib.
Xatırladaq ki, avqustun 18-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib. Müsahibə mərhələsinə ümumilikdə 4973 namizəd dəvət olunub. Müsahibələr avqustun 26-dək davam edəcək.

Bu xəbər oxucular tərəfindən 882 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |