18.08.2021 [14:49] - Gündəm, Sosial
Qırx dörd günlük Vətən müharibəsinin Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olduğu birmənalıdır. Məhz bu müharibə nəticəsində Şanlı Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı azad etdi, dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Bu müharibədə Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri, birlik və qoşun növləri fədakarlıq göstərərək böyük Zəfərin qazanılmasına mühüm töhfələr verdi. Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının göstərdiyi qəhrəmanlıq xüsusi qeyd olunmalıdır. Çünki Sərhəd Qoşunları bu müharibədə bir sıra mühüm yeniliklərə imza atdı. Həmin yeniliklər işğalçı Ermənistan üzərində Zəfərin qazanılmasında mühüm rol oynadı.
Bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert, polkovnik Cəlil Xəlilov 18 avqust - Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümü münasibətilə AZƏRTAC-a açıqlamasında deyib.
DSX-nın Ermənistan ordusunun kabusuna çevrilən dron əməliyyatları
DSX-nın uğurlu dron əməliyyatlarından danışan C.Xəlilov qeyd edib ki, 44 günlük Vətən müharibəsi müasir hərbi-texniki nailiyyətlərin Azərbaycan tərəfindən geniş və peşəkarlıqla tətbiqi ilə xarakterizə olunur: “Ötən əsrin 90-cı illərinin əvvəlindəki Birinci Qarabağ müharibəsindən fərqli olaraq, biz 44 günlük Vətən müharibəsində müasir hərbi texnikanın real döyüş əməliyyatlarında geniş tətbiqinə şahid olduq. Bunlardan biri də pilotsuz uçuş aparatlarının – dronların geniş tətbiqi ilə bağlı idi. Hansı ki, bu dronların bir çoxu məhz DSX tərəfindən tətbiq edilib. Xüsusilə də “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatları vasitəsilə işğalçılara ağır zərbələr endirən sərhədçilər bütövlükdə 290 düşmən hədəfini məhv ediblər. DSX dronlarının əsas hədəflərindən biri də düşmənin zenit-raket qurğuları, tank və artilleriya sistemləri olub. Bu sistemlərin sıradan çıxarılması düşməni mühüm atəş dəstəyindən məhrum etməklə yanaşı, fəal hücum əməliyyatı həyata keçirən ordumuzun canlı qüvvəsinin, habelə texnikasının qorunması, müdafiə olunması baxımından da mühüm rol oynayıb. Hərbi texnika və raket sisteminin dəstəyindən məhrum edilən düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur olub. Təkcə bu faktın özü sərhədçilərimizin böyük Qələbəmizə necə töhfə verdiyini təsəvvür etməyə imkan verir. 2016-cı ilin Aprel döyüşlərində də DSX hərbi əməliyyatlar zamanı pilotsuz uçuş aparatlarından uğurla istifadə edərək düşmən hərbçilərini, o cümlədən onlara köməyə gələn ehtiyat qüvvələri məhv edib”.
Hərbi ekspert qeyd edib ki, düşmən mövqelərinə səssiz yaxınlaşan, onların dəqiq müşahidəsini həyata keçirən, son ana qədər görünməz olan dronlar Ermənistan ordusunun istər canlı qüvvəsinə, istərsə də hərbi texnikasına böyük zərbə vurduğu, gözlənilmədən peyda olaraq ətrafa ölüm saçdığı üçün düşmən hərbçilərinin əsl kabusuna çevrilib. Hər an hədəfə çevrilmək qorxusu erməni əsgərlərini psixoloji baxımdan da sarsıdır, onlarda qorxu və təşviş hissi doğururdu. Başqa sözlə, DSX-nin dron əməliyyatları Ermənistan ordusunun sıralarını seyrətməklə yanaşı, həm də döyüş əzmini, psixologiyasını da sarsıdır, onları mənəvi baxımdan da məhvə məhkum edirdi.
“AN-2 möcüzəsi”, yaxud düşməni məhv etməyin yeni adı...
Polkovnik C.Xəlilov 44 günlük Vətən müharibəsində DSX-nin həm də bəzi təyyarələrin konstruksiyasında mühüm yeniliklər etməklə onların zərbə gücünü artırdığını, həmin təyyarələri yeni formatda hərbi əməliyyatların gedişində uğurla tətbiq etdiyini vurğulayaraq deyib: “Qırx dörd günlük Vətən müharibəsi zamanı DSX təkcə Türkiyə və İsrail istehsalı olan dronların müvəffəqiyyətlə tətbiq etməsi ilə diqqət çəkmədi. Sərhədçilər həm də bəzi təyyarələrin üzərində apardıqları konstruksiya dəyişiklikləri və bu dəyişikliklər əsasında yaradılan yeni dronlardan peşəkarcasına istifadə ilə də diqqət çəkdi. Buna misal olaraq AN-2 təyyarələri ilə bağlı həyata keçirilən yenilikləri qeyd etmək olar”.
Bildirilib ki, AN-2 təyyarələrini modernləşdirərək onları pilotsuz uçuş aparatına çevirən sərhədçilər həmin uçuş aparatları ilə düşmən hərbi hədəflərinə ağır zərbələr endirib, işğalçının çoxlu sayda canlı qüvvə və zirehli texnikasını məhv edib. Müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi düşmənə qarşı mübarizədə aktiv iştirak edən sərhədçilər pilotsuz uçuş aparatlarından geniş istifadə sayəsində hava məkanında ordumuzun şəriksiz üstünlüyünü təmin edib, 8 Noyabr Zəfərinin qazanılmasında mühüm rol oynayıb.
İtirilən sərhədlərin və ərazilərin bərpasına doğru...
Sərhədçilərin İran və Ermənistan ilə dövlət sərhədlərinin işğal altında qalan hissəsinin azad olunmasında da böyük fədakarlıq göstərdiklərini bildirən polkovnik C.Xəlilov bunun təkcə hərbi deyil, həm də siyasi baxımdan mühüm önəm kəsb etdiyini qeyd edib: “44 günlük Vətən müharibəsində sərhədçilər bir sıra rayonların işğalçılardan təmizlənməsi ilə yanaşı, dövlət sərhədlərinin azad olunmasında da yaxından iştirak edib, böyük qəhrəmanlıqlara imza atıblar. Azərbaycan-İran sərhədinin işğal altında qalan 132 kilometrlik hissəsi sərhədçilərin uğurlu əməliyyatları sayəsində işğaldan azad edilib. Bundan başqa, Azərbaycan-Ermənistan dövlət sərhədinin 500 kilometrlik hissəsi də işğalçılardan təmizlənib və Azərbaycan bu hissəyə də nəzarəti bərpa edib.
Şübhəsiz, İran və Ermənistanla olan dövlət sərhədlərimizin işğaldakı hissəsinin azad edilməsi hərbi baxımdan böyük nailiyyət olmaqla yanaşı, iqtisadi-siyasi baxımdan da mühüm əhəmiyyətə malikdir. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan ilə İran arasında iqtisadi əlaqələr mövcuddur ki, Azərbaycan-İran sərhədlərinin işğal altındakı hissəsinin azad edilməsi bu əlaqələrin genişlənməsi üçün əlverişli zəmin yaradıb.
Azərbaycan-İran və Azərbaycan-Ermənistan sərhədinin işğal altındakı hissəsinin azad olunması dövlət sərhədlərinin toxunulmazlığı prinsipinin əməli-praktiki baxımdan təmin edilməsi deməkdir. Sərhədçilər bu mühüm və vacib işin öhdəsindən də ləyaqətlə gəlməklə dövlət sərhədlərimizin toxunulmazlığını təmin etdilər”.
DSX-nın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsi
dövlət sərhədlərinin təhlükəsizliyinin zəmanətdir
Polkovnik Vətən müharibəsindən sonra DSX-nın işğaldan azad edilmiş rayonlarda yeni hərbi hissələr açmasının da dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib: “Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin tam bərpa edilməsi, həmin ərazilərin minalardan və digər döyüş sursatlarından təmizlənməsi, habelə, bu rayonlarda yeni hərbi hissələrin yaradılması istiqamətində dövlətimiz tərəfindən sistemli addımlar atılmaqdadır. Bu addımlardan biri də həmin rayonlarda DSX-ya məxsus hərbi hissələrin yaradılmasıdır. İşğaldan azad edilmiş ərazilərdə artıq DSX-nın 10-dan çox hərbi hissəsi açılıb, sərhədlərimiz həmin hərbi hissələr hesabına daha da möhkəmləndirilib. Bu proses davam etməkdədir.
DSX-nın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsi təhlükəsizliyimizə verilən zəmanətdir. Bu, sərhədlərimizin etibarlı şəkildə qorunması, onun möhkəmləndirilməsi, hər cür təxribata adekvat cavab verməyə hazır olmağımız anlamını daşıyır. Bu baxımdan sərhədçilərimizin Vətən müharibəsindəki fəaliyyəti ilə yanaşı, post-müharibə dönəmindəki fəaliyyəti də mühüm əhəmiyyətə malikdir və bütün bu addımlar sərhədlərimizin toxunulmazlığının təmininə, təhlükəsizliyimizin möhkəmləndirilməsinə xidmət edir”.
Ən güclü silahımız sevgidir və DSX gənc nəslə məhz bunu təbliğ edir
DSX-nın vətənpərvərlik tərbiyəsinin təbliğində də aktiv iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov bunun xalqımızın və dövlətimizin gələcəyi baxımından son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd edib ki, DSX-nın fəaliyyətində diqqət çəkən məqamlardan biri də adıçəkilən qurumun vətənpərvərlik tərbiyəsinin təbliğində yaxından iştirak etməsi, gənclər arasında bu istiqamətdə sistemli iş aparmasıdır. Bu fəaliyyətin bir istiqaməti də mütəmadi olaraq yeniyetmə və gənclər arasında, o cümlədən yaşından asılı olmayaraq, bütün yaradıcı şəxslər arasında hərbi vətənpərvərliklə bağlı müsabiqələrin təşkili ilə bağlıdır. DSX tərəfindən mütəmadi şəkildə keçirilən bu müsabiqələrdə vətən sevgisi, onu qorumağın zəruriliyi fikri aşılanır, vətən uğrunda həlak olan şəhidlər, onların göstərdiyi qəhrəmanlıqlar təbliğ edilir. Bu müsabiqələr bütün iştirakçılar üçün maarifləndirici xarakter daşımaqla yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən yeni əsərlərin – rəsmlərin, şeirlərin, hekayələrin, əl işlərinin, bədii və publisistik məqalələrin meydana çıxmasına səbəb olur. Nəticədə vətənpərvərlik tərbiyəsi baxımından yeni, zəngin baza meydana çıxır. Belə müsabiqələrdən biri də Vətən müharibəsində tarixi qələbənin əldə olunmasına və Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümünə həsr olunmuş “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqə oldu. Cari il avqustun 12-də DSX-nın Akademiyasında müsabiqə iştirakçılarının mükafatlandırılması məqsədi ilə general Abbas Xəlilovun da iştirakı ilə təbir keçirildi, müsabiqəyə təqdim edilən rəsm əsərləri nümayiş olundu, qaliblər təltif edildi. Bizim üçün qürurvericidir ki, həmin müsabiqədə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev “Ən yaxşı məqalə” nominasiyasında birinci yerə layiq görüldü.
“DSX tərəfindən vətən sevgisinin, vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində atılan addımlar müstəsna əhəmiyyətə malikdir. Bu cür addımlar yeniyetmələrdə vətən sevgisinin artmasına, onların dövlətlə, bayraqla, sərhədlə bağlı məsələlərə daha həssas, daha məsuliyyətli yanaşmasına səbəb olur. Unutmayaq ki, bizim ən güclü silahımız sevgidir və 44 günlük Vətən müharibəsi, bu müharibədə hərbçilərimizin vətən uğrunda sevə-sevə öz həyatını qurban verməsi faktı bunu bir daha sübut etdi. DSX onun maarifçilik xarakterli tədbirləri də gənclərə məhz bu sevgini – vətən, millət, bayraq sevgisini təlqin edir.
Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə DSX rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun bütün əməkdaşlarını təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayırıq. Əminik ki, DSX bundan sərhədlərimizin etibarlı şəkildə qorunmasına bundan sonra da öz töhfəsini verəcək, xalqımızın və dövlətimizin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək”, - deyə hərbi ekspert bildirib.

Bu xəbər oxucular tərəfindən 558 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |