19.08.2021 [13:57] - Gündəm, İdman
Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyində çıxışı davam etdirir.
Qitə birinciliyinin sonuncu günündə iki cüdoçumuz tatamiyə çıxacaq. Belə ki, İsmayıl Zamanov (81 kq) Yunus Nurkoviç (Monteneqro), Əlirza Şıxəlizadə (90 kq) Litva təmsilçisi Kirill Volkovla üz -üzə gələcəklər.
Mötəbər yarışın birinci günü Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Təmsilçilərimiz Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) Avropa çempionu olublar. Aydın Rzayev (60 kq) gümüş, Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medal qazanıblar.
Bu gün başa çatacaq nüfuzlu yarışda 37 ölkənin komandası mübarizə aparır. Milli komandamız Avropa birinciliyinə 14 cüdoçu (10 oğlan, 4 qız) ilə qatılıb.

Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |