Şrift:
Kabil aeroportunda açılan atəş və basırıq nəticəsində 12 nəfər həlak olub
19.08.2021 [14:17] - Xəbərlər, Sosial
Kabil aeroportunda və onun ətrafında açılan atəş və basırıq nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Reuters agentliyinə istinadla xəbər verir ki, “Taliban” hərəkatı yenidən yerli əhaliyə müraciət edərək onları hava limanı ərazisində xaos yaratmaqdan çəkinməyə və evlərinə qayıtmağa çağırıb.

Qeyd edək ki, Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı ölkədə ümumi amnistiya elan edib. Hərəkatın nümayəndəsi Zabiullah Mücahid ABŞ və onun müttəfiqləri ilə əməkdaşlıq edən bütün vətəndaşların bağışlanacağını deyib.

Taliblərin vədinə baxmayaraq, minlərlə əfqanıstanlı ölkəni tərk etmək üçün Kabil aeroportuna axışır və uçuş-eniş zolağına çıxır. Amerika hərbçiləri aeroport ərazisində qayda yaratmaq üçün havaya atəş açmaq məcburiyyətində qalır.
Bu xəbər oxucular tərəfindən 556 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed