19.08.2021 [14:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mütəhhəri Rusiya və Britaniyanın İrandakı səfirlərinin İkinci Dünya Müharibəsi zamanı müttəfiqlərin rəhbərlərinin Tehran Konfransında iştirak etməsinə və onların Rusiya səfirliyində birgə çəkdirdiyi tarixi şəkili xatırladan fotosuna toxunaraq deyib ki, bununla da Rusiya İrana bir mesaj vermək istəyib.
“Rusiya və Britaniya səfirlərinin birgə çəkdirib yaydığı fotonun arxasında bir mesaj yatıb. O da budur ki, bu gün İran bizim hegemonluğumuz altındadır. Bütün nişanələr də bunu deməyə əsas verir ki, biz artıq müəyyən qədər Rusiya və Çinin qucağına düşmüşük.
Daha doğrusu, demək olar ki, islam respublikası artıq Rusiya və Çinin qucağına düşüb. Belə ki, bu iki ölkənin boğucu və qorxunc təhlükəsizlik sistemləri də bu gün İran təhlükəsizlik qurumları üçün nümunəvi sayılır. Halbuki bu səhvdir. Çünki onlar vaxtilə kommunist ölkələri olduğundan söz və ifadə azadlığına dəyər vermirlər.
Sözü gedən şəkilin yayılmasının təşəbbüskarı Rusiyanın İrandakı səfir olsa da, maraqlıdır ki, özlərini “inqilabçı” sayan bəzi qurumlar və şəxslər, eləcə də dövlət radio-televiziyası Rusiya səfirinə həmlə etmək əvəzinə daha çox Britaniya səfirinə etiraz bildirməyə və onu tənqid etməyə başladılar və bu macərada Rusiya səfirinin roluna toxunmadan susub onun bu əməlinin üstündən keçdilər.
Bu isə onu göstərir ki, Rusiya bizim sistemimizdə nüfuz edib və onun sistem daxilində himayədarları var.
Halbuki, Rusiya islam inqilabının ilk günündən başlayaraq, indiyə qədər bizə müəyyən zərbələr vurub. Misal üçün, Rusiya Vyanada aparılan nüvə danışıqlarında Amerika zərbələrinin qarşısı almaq üçün İrandan həmişə bir vəsilə kimi istifadə edib, Suriyada isə İsrailin əlini tərfdarımız olan qüvvələrə qarşı hücum üçün açıq qoyub. Rusiyanın bizə vurduğu zərbələrdən biri də, onun bizi vaksinlə təmin edəcəyi ilə bağlı verdiyi sözə əməl etməməsi və öz əhdinə sadiq qalmamasıdır.
Ümumilikdə isə hesab edirəm ki, qərblilər ruslarla müqayisədə daha dürüst və səmimidirlər. Çünki onların nifaqı və fırıldağı daha azdır. Lakin rusiya belə deyil və çox mürəkkəb davranıb əməl edir”, -deyə İran parlamentinin keçmiş deputatı Əli Mütəhhəri mediaya açıqlamasında bildirib.
Mütəhhəri islam respublikası sistemində Rusiya tərəfdarı olan qüvvələrin kimliyinə toxunmayıb.

Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |