Şrift:
Mozdokda 8 azərbaycanlının məzarı tapıldı - SİYAHI
13.12.2012 [13:29] - Xəbərlər, Sosial
Rusiyanın Şimali Osetiya Respublikasının Mozdok rayonunun Vesyoloye kəndində İkinci Cahan müharibəsində həlak olmuş 8 azərbaycanlının məzarı tapılıb.

Bu barədə Mozdok şəhərindəki Azərbaycan Cəmiyyətinin üzvü Roza Cabbarova məlumat verib. Dekabrın 22-də Vesyoloye kəndində həmin soydaşlarımızın şərəfinə abidə ucaldılacaq. Tədbirin təşkilatçıları müharibə qurbanlarının qohumlarını abidənin açılışına dəvət ediblər. 1942-ci ildə sovet ordusunun Mozdok uğrunda alman faşistlərinə qarşı apardığı ağır döyüşlərdə qurban getmiş həmin azərbaycanlılar aşağıdakılardır (təəssüf ki, bəzilərinin ad, yaxud atalarının adları göstərilməyib):


1) Abdullayev Bəşir Ələkbər oğlu- 1921 (anadan olduğu il)

2) Baxşəliyev Baxşəli ? - 1923

3) Qənbərov Məmməd Hüseyn oğlu – 1921

4) Kərimov Allahverdi ? – 1916

5) Mustafayev ? Mustafa oğlu -1914

6) Sadıqov Əlibala Məmməd oğlu - 1920

7) Məmmədov Fərhad Mustafa oğlu - 1903

8) Xasıyev Əliməşədi Məhəmməd oğlu – 1898


Bu soydaşlarımızın əzizləri yaxud qohumlarından aşağıdakı nömrəyə zəng etmələri xahiş olunur:

0513470537


Sultan Laçın
Bu xəbər oxucular tərəfindən 1104 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed