Şrift:
“Bakı Şəhər Halqası” bu il ikinci Formula 1 yarışını keçirmək üçün müraciət etməyib
20.08.2021 [14:01] - Xəbərlər, İdman
Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti oktyabrın 10-da Bakıda ikinci yarışı keçirmək üçün müraciət etmələri ilə bağlı yayılan məlumatı təkzib edib.

Bu barədə “Bakı Şəhər Halqası” məlumat yayıb.

Xəbərdə bildirilir ki, yayılan məlumatlar həqiqətə uyğun deyil. Belə ki, nə belə bir tələb, nə də belə bir təklif yoxdur.

Qeyd edək ki, builki Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı şəhər halqasında keçirilib.

Xatırladaq ki, Formula 1 yarışı Azərbaycanda 2016-cı ildən təşkil edilir. Ötən il koronavirus pandemiyası ilə əlaqədar Formula 1 üzrə dünya çempionatının bir neçə mərhələsi, o cümlədən Azərbaycan Qran-Prisi ləğv edilib.
Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed