20.08.2021 [14:23] - Xəbərlər, Hüquq
Cənubi Koreya hökuməti paytaxt Seul və onun ətrafında qüvvədə olan ən yüksək sosial məsafə rejimini daha 2 həftə müddətinə uzatmaq barədə qərar qəbul edib.
Buna səbəb COVID-19 virusuna yoluxmaları hələlik nəzarət altına almağın mümkün olmamasıdır. Sərt sosial məsafə rejimi paytaxt Seul, onun ətrafındakı Qyonqci vilayətində və İnçon şəhərində tətbiq olunur. Bu rejimdə 4 nəfərdən çox insanın toplaşması, kafe və restoranların axşam saat 9-dan sonra fəaliyyəti qadağandır. Ölkənin digər yerlərində isə bir pillə aşağı sosial məsafə rejimi tətbiq olunur.
Hazırda pandemiyanın 4-cü və daha ağır dalğasının müşahidə olunduğu Cənubi Koreyada 45 ardıcıl gündür ki, sutkalıq yoluxma sayı 1000-dən çox olub. Bəzi günlərdə isə yoluxma sayı 2 mini ötüb. Ölkə üzrə əsas yoluxma ocaqları paytaxt və onun ətrafındadır.
Qeyd edək ki, Cənubi Koreyada COVID-19 virusu əleyhinə vaksinasiya prosesi də davam edir. Hökumət noyabr ayınadək əhalinin 70 faizdən çoxunu peyvəndləməyi və bununla kütləvi immunitetin yaranmasını hədəfləyib. İndiyədək 52 milyonluq əhalinin 48,3 faizi peyvəndin birinci dozasını, 21,6 faizi isə ikinci dozasını qəbul edib. Vaksinasiyada ikidozalı “AstraZeneca”, “Pfizer” və “Moderna”, habelə birdozalı “Janssen” peyvəndlərindən istifadə olunur. Mütəxəssislər Cənubi Koreyada sərt sosial məsafə rejiminin uzadılmasına ABŞ-ın “Moderna” şirkətindən sifariş olunan peyvəndlərin gecikməsinin də təsiri olduğunu düşünür. Şirkətin rəsmiləri avqust ayı üçün əvvəlcədən razılaşdırılmış 8,5 milyon doza peyvəndin yarısından azını təqdim edə biləcəkləri barədə Cənubi Koreya hökumətini məlumatlandırıblar. Bu məqamın Cənubi Koreyada əhalinin vaksinasiya prosesinə təsirsiz ötüşməyəcəyi məlumdur.

Bu xəbər oxucular tərəfindən 12442 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |