Şrift:
"Xalqın süfrəsini boş qoymayın"- Millət vəkili İran hökumətini sərt tənqid etdi
20.08.2021 [14:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Demirdilər ki, Ruhani dövləti bütün məsələləri nüvə danışıqlarına bağlayıb?

Yaxşı indi bu yeni dövlət nüvə danışıqlarına önəm verməsin, danışıqlara getməsin və anlaşmaları cırıb atsın! Deməsinlər ki, danışıqlara gedirik.

Deyirdiniz danışıqlar lazim deyil, yaxşı lazım deyilsə getməyin, ancaq problemləri həll edin”-deyə, M. Pezeşkiyan mühafizəkar qanadın təmsilçilərini qınayıb.

Millət vəkili bildirib ki, əgər dövlət gerçəkdən problemləri həll etmək istəsə yardım etməyə hazırdır.

“Xalqın süfrəsi boş qalmamalıdır, gənclərin problemlərin həll olunmalıdır, korrupsiyanın qarşısı alınmalıdır. Ancaq bütün bunlar güc yolu ilə həll edilə bilməz, məsələnin elmi çıxış yolları axtarılmalıdır”-deyə, Ə.Pezeşkiyan yeni hökuməti populizmdə ittiham edib.

“Ensafnews”-a verdiyi müsahibədə ölkənin indiki durumunun ağır olduğunu xatırladan millət vəkili deyib ki, hazırkı vəziyyətdə ölkənin inkişafından danışmaq gülüncdür.

Millət vəkili bildirib ki, mövcud potensialdan düzgün istifadə edilərsə ölkənin inkişaf edə bilər.

"Yalnız bu, bir cərəyan, bir partiya və bir millətin öhdəsinə buraxılmamalıdır"-deyə, o vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 962 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed